Bir jurnalist tarix səhnəsində yaşananları nə qədər yaxşı yaza bilər ki? düşünüb də çox da gözləntimi yüksəkdə tutmadığım kitabı, kaş ki daha öncə oxusaydım deyərəkdən bitirdim. Müəllifin kitaba giriş edərkən yazdığı çox gözəl bir cümlə var, tarixdən öyrəndiklərimiz nə pafoslanmaq üçün, nə də başqa millətə və ya o millətin keçmişinə dair nifrət dəyirmanına su tökmək üçün vəsilə olmalıdır. Tarix kitablarını sevirəm, hansı ki "unbiased" yazılıb, onların oxunması da bir başqa zövqlü olur, bu kitab kimi.
İnsanın baxış bucağını genişləndirəcək dəyərli araşdırma olduğunu düşünürəm.