Bizə heç nə eləmirdilər, sadəcə olaraq, heçliyin qoynuna atmışdılar, görünür, bilirdilər ki, yer üzündə heç nə həmin heçlik qədər insan qəlbini bu cür sıxa bilməz. Nə görməyə bir iş, nə eşitməyə bir söz, nə də baxmağa bir şey vardı, dörd tərəfdə qəti ara verməyən bir heçlik,məkansız,zamansız bir boşluq hökm sürürdü…