Adinaton

216 syf.
·
Puan vermedi
Əsərdən düşüncəyə
Bədheybətin yaradıcısı olan Frankenşteyn . Özünün də dediyi kimi, yaradacağı məxluqun gözəl olması məqsədilə onu müxtəlif cəsədlərin ən gözəl hissələrindən xəlq etməyə çalışmışdı, lakin öz qüdrətinə olan inanc və hərisliyi gözünü elə bağlamışdı ki, işinə davam etdikcə hasil olan varlığın xarici çirkinliyini görə bilməmişdi. Lakin bu eybəcərliyə
Frankenşteyn və ya müasir Prometey
Frankenşteyn və ya müasir PrometeyMary Shelley · Teas Press · 014,1bin okunma
Reklam
240 syf.
·
Puan vermedi
* Spoiler * Bu kitab məncə, kiməsə aşiq olan, bu duyğunu dadan insanlara çox təsir edir. Onlar qəlbində xüsüsi yer tutur. Çünki, onlar, o hissi yaşayıb o düşüncələrdən xəbərdardırlar. Bəlkə də söhbət aşiq olmağı da üstələyir, daha dərindir. Aşiq olduğun, sevdiyin şəxsə qovuşa bilməməkdən doğan hissdir bu kitabı oxucularına yaxın, doğma hiss etdirən. Bəlkə də sonrakı peşmançılıdan doğan hisslər. Hər üçü də ola bilər, istənilən halda işin içində məhəbbətin olduğundan əminəm. (İş deyərkən nəzərdə tutduğum oxucularının rəğbətini qazanma səbəbi) Mən bu kitabı bitirdikdən sonra düşünürdüm ki, niyə Raif geri qayıtmadı, araşdırıb baxmadı ki, sevdiyi qadına nə olub?! Öz düşüncələrini həqiqət kimi qəbul edərək, əslində qıza (adı yadımdan çıxıb, keçən il oxumuşdum) nə olduğunu araşdırıb baxmadı. Hətta, mən də belə bir düşüncənin formalaşdığını xatırlayıram, Raifə ən çox əzab verən şey sevdiyi qızdan boş-boşuna ayrı qalması yox, onu boşuna günahlandırmasıdır. Mənim həyatımda isə bu kitab xüsusi bir yer tutmur. Bəlkə də mən aşiq olandan sonra bu kitabı yenidən oxusam, mən də tamam başqa hisslər keçirəcəm, mən də valeh olacam, amma indi yox. İndi yalnızca Raifə qarşı acıqlıyam ki, Niyə qayıtmadı qızın dalınca. Kitab haqqında nə düşündüyümün bu qədərini xatırlayıram.
Xəz Paltolu Madonna
Xəz Paltolu MadonnaSabahattin Ali · Qanun Nəşriyyatı · 2023316,6bin okunma
200 syf.
·
Puan vermedi
Bu qeydi kitabı oxumağımın üstündən xeyli keçəndən sonra yazıram. Lakin, xatırlayıram ki, kitabın sonuna doğru Paulun yaşayacağına ümid edirdim, xahiş edirdim "yox ölməsin" . Bəlkə də bu kitab insan təfəkkürünün məhsulu olsaydı o hələ də yaşayırdı, lakin gerçək həyatda o öldü. Gerçək həyatda bu qaçılmaz sondur və bunu da qeyd edim ki, nə vaxt olacağı əksəriyyətimizə məlum deyil . Lakin, biz elə yaşayırıq sanki nə vaxt öləcəyimiz bizə məlumdur, ona görə də bunun indi, bu gün, bu həftə, bu ay və bu il baş verməyəcəyindən çox əminik.
Son Nefes Havaya Karışmadan
Son Nefes Havaya KarışmadanPaul Kalanithi · Altın Kitaplar · 20162,028 okunma

Okur Takip Önerileri

Tümünü Gör
335 syf.
·
Puan vermedi
*spoiler* Montanelli, Arthur dustaq ikən onun kim olduğunu öyrənir. Və Arthur ondan ya kilsəni-inancını ya onu - oğlunu seçməyini tələb edir. Lakin o seçim edərkən, oğlu ilə inancı arasında yox, cinayətkar, günahkar birinin ölməsi/yaşaması ilə məsum insanların ölməsi/yaşaması arasında seçim edir. Oğlu öldükdən sonra, ən sonda o, oğlu ilə günahkar insanlar arasında seçim etdiyini, oğlunu bu insanların yaşaması üçün qurban verdiyini düşünür. Montanelli, onun üçün nəyin daha önəmli olduğunu, seçimi nə ilə nə arasında etməli olduğunu müəyyənləşdirə bilməmişdi. Artur isə qərar vermişdi, onun üçün önəmli olan padre - uşaqlığından bəri çox sevdiyi adam idi. Bunu biz, əsər boyu Rittanın nitqi ilə, Ovodun Kardinalı məzxəryə qoyduğu zaman müdafiə etməsi ilə və s. müşahidə edirik. Əsərin sonuna yaxın isə Artur bunu daha aşkar şəkildə göstərir. Artur, Montanelli dustaqxanada yanından gedəndən sonra onun geri gəlməsi üçün çağıraraq buna tab gətirə bilməyəcəyini deyir. Bu zaman, onun tab gətirə bilməyəcəyi ölüm deyildi, o ölümdən qorxmurdu, onun tab gətirə bilməyəcəyi padre idi, onsuzluq - padresizlik idi, hətta öləcək olsa belə.
Ovod
OvodEthel Lilian Voynich · Qanun Nəşriyyatı · 20121,849 okunma