Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Hatake Red

Hatake Red
@poemofred
She lives the poetry she cannot write
324 syf.
·
Puan vermedi
·
19 günde okudu
Gördüyünü zənn edən “Korlar”
İlk başlarda “Korluq” əsəri ilə çox bağlantısı varmış kimi görünməsə də birbaşa Korluğa bağlı davam kitabıdır ancaq bunu 130-150 səhifə oxuyandan sonra anlamağa başlayırıq. Bitirəndən sonra boşluğa baxdım və nə gərək vardı? deyə sorğuladım kitabı. Korluqla zirvədə qalmalı idi. Əsər çox əladır yanlış anlaşılmasın hətta Korluqdan daha qəliz ifadələr işlədilib, sadəcə sonu.. Korluğu oxuyanlar bu kitabı da vaxt itirmədən oxusun çünki personajların taleyi bu kitabda həll olunur.. Ümumən ilk kitabı daha rahat oxumuşdum amma ikisini də bəyəndim. Korluqda tiksindirici, iyrənc nüansların olduğunu nəzərə alsaq , bu kitabda onların olmaması amma siyasətin daha çox içinə girilməsi iki əsər arasında ən çox fərqlənən amillərdən idi.. Gerisi eyni personajlar, ağ korluq, siyasi korluq və s. Saramago tərzini bu kitabda da davam etdirib, sonu gəlməyən cümlələrin tez-tez şahidi oluruq ancaq ironiya ilə yazdığı gerçəkliyə toxunan bütün o uzun cümlələri sevərək oxuyuram . Tərzini sevdiyim yazarlardandır. Türk dilinə də yazarın üslubunu pozmadan tərcümə edilməsi başqa bir müsbət tərəfidir.
Görmek
GörmekJosé Saramago · Kırmızı Kedi Yayınları · 202218bin okunma
Reklam
236 syf.
·
Puan vermedi
·
10 günde okudu
Elmi-fantastika janrının şedevrlərindən sayılan əsər.. Qəribə bir təsiri var.Bəzi yerlərdə çox axıcı, bəzi yerlərdə isə Solaris planetinin qəliz elmi təsvirləri ilə oxuma sürətinizi azaldan bir kitabdır. Hər an nə olacaq deyə gözləntidə saxlaya bilir sizi və sanki siz də Solaris planetindəymişsiniz kimi hiss etdirir. Fəlsəfədən tut,elm və dinə qədər bir çox mövzuya toxunulur. Oxunacaqlar siyahınıza mütləq əlavə edəcəyiniz möhtəşəm əsərlərdəndir.
Solaris
SolarisStanislaw Lem · İletişim Yayınevi · 20181,135 okunma
296 syf.
·
Puan vermedi
·
3 günde okudu
Müasir yazarlardan çox kitab oxumuram deyə bilərəm amma Matt Haig’in qələmini bəyənirəm. Bu kitabında Vonnadoryadan gələn bir yadplanetli,dünyalı Andrew Martinin bədənində onun yerinə keçir və çox gizli olan kəşfini bilənləri məhv etməyə çalışır. İlk başlarda insanlardan,onların həyat tərzindən iyrənsə də sonradan sevmək,yaşamaq,musiqi dinləmək, fıstıq əzməsi yemək və Newton adında itlə oynamaq onun insanlarla empatiya qurmasına,onlara iyrənərək baxmamasına,fikirlərinin dəyişməsinə səbəb olur. Çox əyləncəli, axıcı və bolca alıntı edə biləcəyiniz bir kitabdır.
İnsanlar
İnsanlarMatt Haig · Domingo Yayınları · 20237bin okunma

Okur Takip Önerileri

Tümünü Gör
166 syf.
·
Puan vermedi
·
8 saatte okudu
Son zamanlarda oxuduqlarım arasında ən çox bəyəndiklərimdən oldu bu kitab. Həyata daha fərqli baxmağı aşılayır, Frankl’ın qurucusu olduğu logoterapinin nə olduğunu bizə izah edir. İlk öncə Frankl özü toplama kamplarında yaşadıqlarından bəhs edir, daha sonra terapi yöntəmini izah etməyə başlayır.Yaşadığınız çətinliklərə, daxili iztirablara fərqli yanaşmaq istəyirsinizsə dəyərləndirin bu kitabı.
İnsanın Anlam Arayışı
İnsanın Anlam ArayışıViktor E. Frankl · Okuyan Us Yayın · 202335,6bin okunma
74 syf.
·
Puan vermedi
·
1 saatte okudu
Sevdiyim çox kitab var amma bu kitabın yeri məndə başqadır.. Məni ən çox təsirləndirən əsərlərdən biridir. Cəmiyyət problemlərinə toxunmaqdan əlavə, Kafka atası ilə olan problemlərini, Gregor Samsa’nın atası ilə olan münasibətinin timsalında bizə çatdırır. Əsəri sadəcə oxumaq deyil, hiss etmək üçün sətiraltı mənalara diqqət etmək gərəklidir. Hər zaman sevərək tövsiyə etdiyim kitablardandır.
Dönüşüm
DönüşümFranz Kafka · Türkiye İş Bankası Kültür Yayınları · 2022223,5bin okunma