Mənə elə gəlir ki, kitablar öz zamanı gəldiyində “məni oxu “ deyə səslənirlər.Ona görə də bugünə kimi oxuduğum heç bir əsər üçün gecikdiyimi düşünməmişəm.Eyni hadisə “Zəfər tağı” kitabı üçün də şamil olundu.Aylardı kitablığımda gözləyən kitabın səsini eşidib oxumağa başladım.İlk səhifələrdən yağışı,soyuğu və noyabr ayının tənhalığı tam da zamanında oxuduğumu sübut etdi.
.
Kitabı oxuyan hər kəsin “Ravik” deyə birindən ağız dolusu danışdığını görən zaman istər istəməz , “bu necə obrazdır ki, hər kəsi məftun edib” deyə düşünürdüm.Və mən də hər oxucu kimi Raviki tanıyıb ,onun özünə məxsus dünyasına qoşulub itdim.Remark elə bir obraz yaradıb ki, hər birimiz biraz da olsa Ravikin nəzdində özümüzdən bir parça tapıb, “necə də doğru danışır, necə də mənə bənzəyir, mən də olsam belə edərdim” deyə düşündürür.Bu da yazarın ustalığından irəli gəlir.
.
Qalınlığı biraz gözü qorxutsa da, bir o qədər sadə və axıcı olan bu roman ,oxuduğum ən gözəl və unudulmaz klassik əsərlərdən birinə çevrildi.Bu kitabdan aldığım mənəvi zövgü uzun müddət başqa kitablar da axtaracağımı düşünürəm.Ümid edirəm ki, yenidən bu qədər ürəyimcə olan bir əsərlə qarşılaşaram.