Xancan Kərimov

Varlıq və Yoxluq Arasında yazarı
Yazar
7.7/10
3 Kişi
4
Okunma
6
Beğeni
1.074
Görüntülenme

Xancan Kərimov Sözleri ve Alıntıları

Xancan Kərimov sözleri ve alıntılarını, Xancan Kərimov kitap alıntılarını, Xancan Kərimov en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
Nə kimlərinsə ölməsi ya bütün insanlığın nəslinin kəsilməsi ya da situasiyanın doğurduğu əxlaqi normlar vecimədi. Mən sadəcə yorulmuşam. Taqətsizəm. Heçnə etmək istəmirəm.
həyatda ən yaxşı seçim ölümdür, çünki o heç vaxt peşman ola bilməyəcəyin tək seçimdir. ancaq bütün insanlar intihar asan olmadığı üçün bu ən yaxşı seçimi gözardı edir və yaşamağa davam edirlər. 
Reklam
Bir vaxtlar o qədər xoşbəxt idim ki qalın romanlar ya filosofları heç sayırdım. Vecimə də deyildilər. Mənə maraqlı deyildilər. Məni sadəcə qadınlar maraqlandırırdı. Kimdənsə yaşama məsləhəti almağıma ehtiyacım yox idi. O qədər gənc, laqeyd, etinasız və enerjiliydim ki, məni sadəcə bir sonrakı sevgilimin göz rəngi maraqlandırırdı. Sonra bir gün, içinə düşmüş olduğum bütün o gözəlliklər və xoşbəxtlik yox olub getdi. Necə oldu özüm də bilmədim. İki il əvvəl. Özümü ta bugünə qədər sürən dərin bir bədbəxtliyin içində tapdım. Bir də ayıldım ki həyatımda qadından çox filosof və onların kitabları var. Qadınlarla arama girmiş məsafə öz istəyimlə deyil şərtlərin məcburiyyətiylə olmuşdu. Hər biri ayrı bir dünya olan qadınlardan uzaq düşmüşdüm. Kitablarda sanki nəsə bir təsəlli axtarırdım. Nəsə bir işarə. Ya da ən sadə dillə, özümə bədbəxtlik dostları axtarırdım yüz illər əvvəl ölüb getmiş. Kədərimi alqışlayacaq birilərini axtarırdım. Və başa düşürdüm ki əslində əvvəllər onlar haqqında yanılmışam, filosoflar və onların fikirləri əhəmiyyətsiz deyillərmiş.
Sayfa 328Kitabı okudu
Dərdləri olmuş insanları daha çox sevirdi, çünki yanlarında rahat ola bilirdi. Heç vaxt özünü bədbəxt hiss etməmiş insanların yanında özünü pis hiss edirdi.
Əgər yetəri qədər yalnızsızsa, səssizliyin gurultusunu eşidə bilərsiz..
Reklam
50 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.