Xancan Kərimov

Varlıq və Yoxluq Arasında yazarı
Yazar
7.7/10
3 Kişi
4
Okunma
6
Beğeni
1.072
Görüntülenme

Xancan Kərimov Gönderileri

Xancan Kərimov kitaplarını, Xancan Kərimov sözleri ve alıntılarını, Xancan Kərimov yazarlarını, Xancan Kərimov yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Əgər ölməyə cəsarətin çatmırsa ən azından yaşamağa cəhd etməliydin.
Sayfa 390Kitabı okudu
İçimdə ağlayan biri var, Yaşamaq istəyir. İçimdə bir savaş var, İki tərəfli, Ölmək istəyən mənəm, Yaşamaq istəyən onlar.
Sayfa 366Kitabı okudu
Reklam
Sən şair olmalıymışsan məncə. - Mən, ümumiyyətlə, olmamalıymışam. Mənə qalsa.
Sayfa 266Kitabı okudu
Mənə bəzən elə gəlir ki əsl görməmiş elə görmüşün özüdür. Çünki bir şeyi daha əvvəl dadmamış adam o şey üçün o qədər də həris olmur. Ancaq onu dadmış acgöz, doyumsuz formada həmişə görməmiş kimi arzulayır o şeyi. Səyahət etməmiş insan, səyahət etmiş insan qədər susaya bilməz gəzməyə.
Sayfa 329Kitabı okudu
Bir vaxtlar o qədər xoşbəxt idim ki qalın romanlar ya filosofları heç sayırdım. Vecimə də deyildilər. Mənə maraqlı deyildilər. Məni sadəcə qadınlar maraqlandırırdı. Kimdənsə yaşama məsləhəti almağıma ehtiyacım yox idi. O qədər gənc, laqeyd, etinasız və enerjiliydim ki, məni sadəcə bir sonrakı sevgilimin göz rəngi maraqlandırırdı. Sonra bir gün, içinə düşmüş olduğum bütün o gözəlliklər və xoşbəxtlik yox olub getdi. Necə oldu özüm də bilmədim. İki il əvvəl. Özümü ta bugünə qədər sürən dərin bir bədbəxtliyin içində tapdım. Bir də ayıldım ki həyatımda qadından çox filosof və onların kitabları var. Qadınlarla arama girmiş məsafə öz istəyimlə deyil şərtlərin məcburiyyətiylə olmuşdu. Hər biri ayrı bir dünya olan qadınlardan uzaq düşmüşdüm. Kitablarda sanki nəsə bir təsəlli axtarırdım. Nəsə bir işarə. Ya da ən sadə dillə, özümə bədbəxtlik dostları axtarırdım yüz illər əvvəl ölüb getmiş. Kədərimi alqışlayacaq birilərini axtarırdım. Və başa düşürdüm ki əslində əvvəllər onlar haqqında yanılmışam, filosoflar və onların fikirləri əhəmiyyətsiz deyillərmiş.
Sayfa 328Kitabı okudu
Reallıqdan uzaqlaşmaq, narahatedici sakitliyi pozmaq və yalnızlıqlarından qaçmaq üçün edirlər hamısını. Futbol komandası fanatikliyindən tutmuş, saatlarca boş-boş siyasət və din mübahisəsi etməyə qədər edilən bütün mənasız hərəkətlər bütünü insanın acizliyi səbəbilədir. Bəzi insanlar sadəcə ölə bilmədikləri üçün yaşayırlar. Bu bilirsən nə deməkdir? Yəni son yaşamırsan belə, sadəcə sürünürsən. Həyatı yola verirlər yəni. Heç nə veclərinə deyil! Mən də onlardan biriyəm. Sadəcə bir fil olmaq istəyərdim. Bir fil görəsən, həyatın nə qədər fərqindədir? O yeddi ton ağırlığı daşıyan yorğun və qırışmış ayaqlar varlıqlarının nə qədər fərqindədirlər? Tək işim otlamaq olsun istəyərdim. Həyatımla bağlı heç bir məsuliyyəti istəmir və hamısından imtina edirəm. Tabula rasaya ehtiyacım var. Beynim təmiz boşalsın, ağ səhifə olsun və yaşamağa davam edim. Əlacım olsa bütün yaddaşımı silərdim. Öyrəndiyim hər şeyi. Təki bilməyim keçmişimi, uzaqları, seçimlərimi. Məni gözləyənləri və mənim gözlədiklərimi. Ancaq bəlkə də sahib olduğum instiktlərim məni yenə də eyni xislətli adam edərdi.
Sayfa 324Kitabı okudu
Reklam
50 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.