Puan vermedi·70 syf.··
2026 1. kitabı
"Qorxu" 1925-ci ildə Avstriyalı Stefan Şvayq tərəfindən qələmə alınmış bir novelladır. Bu əsərdə İrene adlı evli bir qadının xəyanətindən və bu xəyanətin üzə çıxacağı qorxusunun onda yaratdığı mənəvi böhrandan danışılır.İrene bunun üzə çıxmasından onsuz da qorxurdu,amma birdən-birə ortaya çıxan şantajçı qadın onun bu qorxularını pik həddə çatdırdı.Bu xəyanəti üzə çıxmasın deyə hər şeyi eləməyə hazır idi.Şvayq kitabın ortalarında İrene-in ruh halını elə ifadə elədi ki,bəzən hətta ona yazığım gəlirdi.Biz əsərdə bu hadisənin yaratdığı qorxudan əlavə İrene-in bəzi şeylərin fərqinə varmasını da görürük. Əsəri oxuduqda,əslində,məndə ən maraq doğuran hadisə İrene-in həyat yoldaşının ifadə etdiyi fikir olmuşdu: İnsanın illər əvvəl elədiyi səhvin cəzasını hazırdakı özü ödəməlidir mi?Axı,ikisi də fərqli insanlardır. Keçmişdəki biz və indiki biz,əlbəttə,müəyyən məqamlarda fərqlənirik.Ancaq həmin səhvi indiki bizin də etməyəcəyini necə qaranti verə bilərik?Ya da indiki bizin dəyişdiyini,səhvindən peşman olduğunu ətrafa necə sübut etmək olar? İrene-in həyat yoldaşı(adı tam yadımda deyil) öz müvəkkilini haqqında belə bir hadisə nəql elədi ki,həmin müvəkkil 3 il əvvəl oğurluq eləmişdi.Ancaq oğurluqdan sonra tutulmanın qorxusundan belə bir hadisədən artıq yayınmağa çalışmışdı.Bu hadisədən 3 il keçəndən sonra isə buna görə cəzalandırılır.Bu düzgündürmü?Bir tərəfdən düşünürəm ki,hamı öz səhvinin cəzasını çəkməlidir,ancaq digər bir tərəfdən də həmin obraz kimi düşünürəm.İnsan sırf illər əvvəl belə bir səhv elədi deyə,bu səhvindən peşman olduğu halda,onun cəzasını niyə indi çəkməlidir?Bilmirəm,bəlkə də,səhv düşünürəm.Əsas məsələyə qayıdaq indi,əsərin özünə.Əsər novella adlanır,novella da bildiyimiz kimi gözlənilməz sonluqla bitən hekayəyə,əsərə deyilir.Amma bunun sonu çox təxmin edilə
KorkuStefan Zweig · Türkiye İş Bankası Yayınları · 2022124,9bin okunma
Puan vermedi·432 syf.··
2026 8. kitabı
Esmiralda… Təsirləndiyim, gözümü dolduran bir çox roman oxumuşam. Adətən kitablar haqqında incələmə yazmıram, hətta bu platformadan da çox aktiv istifadə etmirəm. Amma bu kitab məndə elə hisslər oyatdı ki, fikirlərimi yazmadan keçə bilmədim. Esmiraldanın acısını, sevincini, çarəsizliyini və bütün bunların içində ümidini itirmədən mübarizə aparmasını sanki onunla birlikdə yaşadım. Mələklə dostluğu, İlyasla qurduğu bağ məni ən çox təsirləndirən məqamlardan oldu. Qəzəbləndiyi anlarda qəzəbləndim, üzüldüyü anlarda üzüldüm. Xüsusilə Mələklə olan bəzi səhnələrdə çox duyğulandım. Onların arasındakı səmimiyyət, gerçəklik və bir-birlərinə olan sədaqət istər-istəməz göz yaşlarıma səbəb oldu. “Birlikdə edərik” kimi cümlələrin sadəcə söz olaraq qalmaması məni ayrıca təsirləndirdi. Bəlkə də buna səbəb bir zamanlar dostumla qurduğumuz bəzi planları həyata keçirə bilməməyimizin verdiyi hiss idi. Bu baxımdan onların bacarması həm kövrəltdi, həm də sevindirdi. Kitabda bəyənmədiyim yeganə məqam bəzi hissələrin mənə bir qədər uzun gəlməsi oldu. Bəzən artıq bildiyimiz və ya eşitdiyimiz fikirlərin təkrarını oxuyurmuş kimi hiss etdim. Buna baxmayaraq, ümumi olaraq əsər məndə çox xoş təəssürat yaratdı. Xüsusilə də içimi isidən sonluğu ilə uzun müddət yaddaşımda qalacaq kitablardan biri oldu.
GünahkarlarÜlviyyə Cəfər · Çardaq Nəşriyyat · 20253 okunma
Hangi tür kitapları seviyorsun? 🔎 Polisiye 💕 Romantik 🚀 Bilim Kurgu 🏰 Fantastik 📖 Klasik 🧠 Kişisel Gelişim 🏛️ Tarih 😱 Gerilim
Puan vermedi·208 syf.··
2026 30. kitabı
Salam Qədirzadə - “Kəndimizdə bir gözəl var" Yazıçıdan oxuduğum dördüncü kitabdır və qələminin şirinliyinə, doğmalığına bir daha heyran qaldım. Bütün kitablarını bezmədən, ard-arda oxuya bilərəm. Elə səmimi üslubu var ki, sanki 2026-cı ildə deyilsən, kitabın yazıldığı köhnə dövrlərdə yaşayırsan. Yazıçı məkanın ləhcəsini, dialektini əsərə o qədər təbii köçürüb ki, insan özünü hadisələrin içində hiss edir. Bu canlılıq oxucunun üzünə gah şirin gülümsəmə qondurur, gah da fərqli kədər bəxş edir. Yenə sevə-sevə oxuduğum, maraqlı bir Salam Qədirzadə kitabı oldu. Hər zaman dediyim kimi - "Xan Nəşriyyatı"nın bu seriya üçün hazırladığı üzlüklər möhtəşəmdir. Kənardan baxanda insanı cəlb edir, rəsmən kitab "məni oxu" deyir. Yazıçının qələmində belə bir xüsusiyyət var - demək istədiyi fikri və ya səhnəni üstüörtülü, amma çox anlaşıqlı çatdırır. Bəlkə hər oxucu birdən-birə anlamaz, amma başa düşəndə ayrı zövq verir. Müəllif səhnəni açıq yaza bilərdi, amma yazmayıb hər şeyi oxucunun ixtiyarına buraxır. Bu da Salam Qədirzadə qələminin özünəməxsus sirdir. Sevgini, eşqi şirin sözlərlə elə ifadə edir ki, oxuduqca insana çox xoş gəlir. Baş obraz Əkrəmin həyatı mənə çox təsir etdi və mənim üçün unudulmaz obrazlardan birinə çevrildi. Məncə, yazıçının ən təsirli, dramatik əsəri budur. Əkrəmin yaşadıqlarını oxuduqca insan sağlamlığının - əlinin, ayağının, gözünün qədrini bilməli olduğunu düşünür. Hər şeyimiz yerindədirsə şükür etməli, yerində deyilsə də "Allahın bir bildiyi var" deyib qane olmağı bacarmalıyıq. Qadın və qadın gözəlliyi böyük qüvvədir. Nə mənada dediyimi anlamaq üçün kitabı oxumaq lazımdır. Kitabda deyildiyi kimi: "Qadın gözəlliyi gənclik üçün hörümçək toruna oxşar tilsimdir". Çox gözəl cümlədir. Digər tərəfdən, hər şeyə kor-koranə inanmağı qəbul edə bilmirəm. İnsan bir az
Kəndimizdə Bir Gözəl VarSalam Qadirzade · Xan Nəşriyyatı · 2024320 okunma
10/10
·309 syf.··
Beğendi
·
2026 19. kitabı
Əsəri 31 mayda Ali and Nino book klubda müzakirə ediləcək deyə dinlədim. Normalda səsli kitab elə də dinləmirəm. Səsləndirənin də səsi əsəbə toxunmur. Şərhə linki yerləşdirəcəm. Əsər axıcı, ters köşeli bir əsərdir. Spoiler olmasın deyə dərinə getməyəcəm amma mən Barbidən şübhələnmişdim. Sonunu belə gözləmirdim. Əsər sonda yarımçıq qalmış kimi oldu. Bəlkə də davamı olacaq. Kitabda sonda əsərin filminin çəkiləcəyi qeyd edilib. Bilmirəm artıq çəkilib ya yox. Son olaraq çox möhtəşəm bir əsərdir deyə bilmərəm. Bir az whatpadd havası da var. Şişirdildiyi qədər deyil, ancaq pis əsər deyil və zaman itkisi hesab eləmirəm.
Psikoloji
Sessiz HastaAlex Michaelides · Domingo Yayınevi · 202312,8bin okunma
8/10
·192 syf.··
Beğendi
·
2026 13. kitabı
·
3 günde okudu
·
Okunma: 23 Mayıs 2026 10:02
Willy Wonka & the Chocolate Factory (1971) filmi ilə bağlı Gene Wilder demişdi ki "İlk görünəndə axsaya-axsaya gələcəm, sonra qəfil yıxılıb salto vuracam ki, tamaşaçı mənim nə vaxt yalan, nə vaxt doğru dediyimi heç vaxt seçə bilməsin." Bu düşüncəsinə heyran olmuşdum rəsmən. 1971 versiyasından əvvəl Charlie and the Chocolate Factory (2005) izləmiş olmama rəğmən burda Gene Wilder-in axsayaraq gəldiyini görəndə bir anlıq "Məgər Wonka axsayırdı?" deyə düşündürmüşdü məni o salto vurduğu ana qədər... Halal olsun deyirəm başqa da heçnə... Nə qədər müəllif özü Gene Wilder-i bu rola uyğun görməsə belə mənim çox xoşuma gəlmişdi filmin 1971 versiyası...
Çarli və Şokolad FabrikiRoald Dahl · Qanun Nəşriyyatı · 201913,2bin okunma
3/10
·552 syf.··
2026 11. kitabı
·
25 saatte okudu
·
Okunma: 20 Ocak 2026 00:00
Yenə mən yenə “ Asker Kurgusu” “ Hamı yazır, qoyun mən də yazım” deyib yazılan bir kitab. Wattpad üzərindən oxudum. Sırf kitab versiyası 3 kitabdı deyə düşündüm ki, bəlkə davamında nəsə çəkər məni. Amma yox. Nə sevgidən sevgi, nə Asker kurgusu deyə biləcəyim bir düşüncə yaratdı məndə. Heç nə… Yaxşı ki, almamışam. Və yazardan da oxuduğum ilk və son kitab
İs Kokan Zeytin Ağacı 3Şule Avlamaz · İndigo Kitap · 2025164 okunma