Axı mən həqiqi sevgiyə inanıram. Məncə, hamının gözünün olması və ya heç kimin xəstə olmayacağı deyilən bir şey yoxdur, sadəcə, hər bir insan həqiqi sevginin dadına baxmalıdır. Və bu sevgi insanın ömrünün sonuna qədər davam etməlidir.
O isə heç olmasa bircə dəfə də olsa, "əbə- diyyən" demədi. Bir də axı bu sözü demək məsuliyyət tələb edir. Axı insan verdiyi sözdən necə boyun qaçıra bilər?
- Əşi, elə məqamlar olur ki, insanlar verdiyi sözlərin nə məna daşıdığını da başa düşmür, – dedim. İsak cəld gözlərini mənə zillədi.
- Hə, ancaq yenə də verdiyin sözü yerinə yetirməyə çalışırsan. Sevgi belə bir şeydir. Eşq insanın bütün maneələrə baxmayaraq verdiyi sözü yerinə yetirməsi deməkdir.
Bu xəstəlik bəzən sizə dərs olsun deyə bədəninizin bir hissəsini alıb aparır. Yox, əgər sizdən xoşu gəlibsə, geri qalan hissələri də bircə-bircə qoparmağa başlayır.
-Aqust, dostlarla qorxduğun şeylər bölüşə bilərsən?-deyə Patrik soruşanacan nə mən, nə də ki Aqust Vaters dilləndi.
- Qorxduğum şeylər?
-Bəli.
-Unudulmaqdan qorxuram, - deyə Aqust qəfildən, heç bir tərəddüd etmədən, düşünmədən dilləndi.
Bir məsəldə də deyildiyi kimi, zülmət qaranlıqdan ürkən kor adam sayağı...