- Alışqanla yandırmadığın müddətcə sənə heç bir şey edə bilməz, -deyəndə anam yanımda dayanmışdı. -Ömrüm boyu bircə dənə də olsun yandırmamışam. Bu, metafordur. Səni öldürən silahı dodaqlarının arasına qoyursan, ancaq onu mərmiylə doldurmursan.
- Metafor, - deyə ironik bir səs tonuyla təkrarladım.
- Metafor, - dedi.
- Hərəkətlərini metaforik əks-təsirlərinə görə müəyyən edirsən?
- Aha, bəli, - deyə adətkar olduğum həqiqi, saf tə- bəssümünü göstərdi. - Hazel Qreys, mən metaforlara, həqiqətən də, inanıram.