__"Bu kentin ne çatılarını ışıldatan ayları sayabilirsin,
Ne de duvarlarının gerisine gizlenen bin muhteşem güneşi" __
Kitab adını Saib-i Təbrizinin şeirindən alıb. Oxuduğum an rəy yazmaq istədim o qədər təsiredəci bir kitabdır ki...
Kitab müharibənin o darmadağınediciliyi insanların həyatından onlarca il alabilməsi.
Kitab Məryəmin hekayəsiylə başlayır, ilk dəfə 5 yaşında harami sözünü eşitməsiylə - anası evlərində qulluqçu olmuş Nana və varlı Cəlilin nikahdankənar qızı olaraq. Heratın Gül Daman bölgəsində böyüyür. Kitabın ən vacib hissələrindən biri məhz Nananın qurduğu cümlələr idi qəzəbini həm qızından çıxardır həmdə qızı həyatda tək sevdiyi şey idi amma Məryəm atasına qanıb anasını tərk edir, atası tərəfindən içəri alınmayan Məryəm evə qayıdır və evdə özünü *smış anasını görür. Bundan sonra onun həyatı tam kökündən dəyişir atasının evində çox qalmır, 15 yaşındakı Məryəm 45 yaşında Rəşidlə evləndirilir, oxuyanda elə bir ehtimal ümid etmişdim ki yaxşı insan olsun ama tam əksi Məryəm həyatının sonuna kimi onunla yaşadı əzab-əziyyətlə sonra kitaba Leyla girdi ailəsi daha müasir olduğu üçün, uşaqlıq eşqi olduğu üçün necə bədbəxt olacağını bilmirdim, 14 yaşında evləri partladılana qədər anası atası ölür özü isə yaralı olduğu üçün Məryəmgildə qalmağa başlayır yəni kitabda kı ehtimallar məni o qədər boğur ki, əgər Məryəm atasının yanına getməsəydi, əgər Leylanın anası Kabildən daha tez ayrılmağı qəbul etsəydi...
Rəşid o qədər iyrənc insandır Leylaya uşaqlıq eşqi Tarıkın öldüyünü deyirlər amma təəssüf spoiler sayəsində bunu bilib oxudum. Leyla məcbur onunla evlənir səbəblərdən biriysə Tarıkdan hamilə olması Rəşid kitabın sonunda bunu necə başa düşdü mənə hələdə çatmır. Qızları olur Azize (Tarıkın qızı) Leyla həm ilk analığı həmdə Tarıkın uşağı olduğuna görə ona