- Sən ölümdən qorxmursan?
-Qorxsam da, qorxmasam da, gələcək. Elə isə ən doğrusu onu qorxmadan, gözünün içinə baxaraq qarşılamaqdır. Qaçınılması mümkün olmayan şeydən qorxmaq özünü boşuna tükətməkdir.
Bazı hikâyeler tam tahmin ettiğin gibi ilerler. Bazılarıysa son sayfada tüm bildiklerini sorgulatır. 🤯
Ters köşeleri seviyorsan, seni sonuna kadar merakta bırakacak 3 kitap önerisini keşfetmeye hazır ol!
Villi, hisslər güllər kimidir. Diqqət olunmayanda, baxılmayanda solar. Hisslərini başqaları ilə bölüşməlisən, insanları öz sevgindən məhrum etmə, onla- ra bolluca məhəbbət ver. Bu zaman içində gözəl bir aləmin yarandığının şahidi olacaqsan. Hisslərini içində həbs etsən, bir müddətdən sonra onlar da boğulub öləcəklər
İnsanlar zahirə əsasən hökm etməyi sevirlər. Ancaq heç kəs bu zahirin arxasında gizlənmiş xəzinəni, onda yatan dərin sirləri kəşf etmək istəmir. Ən zavallı və sadə bildiyimiz bir insan belə böyük həyat sirlərinə sahib ola bilər. Görəsən, nəyə görə ayağımıza geyindiyimiz ayaqqabını markasına, tikişlərinə, keyfiyyətinə, materialına qədər araşdırdığımız halda insanlar barəsində fikir yürüdərkən bu qədər tələskən oluruq? Görəsən, nəyə görə biz düşünmədən nəticə çıxartmağa bu qədər meyilliyik? Yox, Visam bütün bu insanlardan tamamilə fərqlidir. O, belə deyil. O, mənim içimə yol tapdı, qəlbimi oxudu".
Tənhalığa öyrəşmiş insan bəzən özünü güclü bilir, ağrılara, tənhalığa sinə gərəcəyini düşünür. Hər gün səhər açılanda yenə də tənha olduğunu görür və fəryad edir: "Mən güclüyəm, mən bütün bunlara dözəcəyəm!" Sakitləşdikdən sonra isə yavaşca öz- özünə pıçıldayır: "Mən artıq yorulmuşam..."