Aydan Nemetova

Aydan Nemetova
Librarian
NTU
12 Ekim 2004
6 kütüphaneci puanı
129 okur puanı
Mayıs 2024 tarihinde katıldı
Alıntı
Helen, tənhalıq nədir?" - qəlbinin dərinliklərindən gizli bir səs xəyallar aləmində olan Helendən soruşdu. "Tənhalıq... tənhalıq odur ki, bütün arzuların ancaq xəyallarında qala, həqiqət tapmaya. Tənhalıq odur ki, sənə yalnız xəyallarında xoş ola... Tənhalıq insanın özünü kimsəsiz hiss etməsidir... Tənhalıq İlahidən sənə bir hədiyyə kimi verilmiş ömrü zay etdikdən sonra geri baxaraq peşman olub ağlamaqdır... Tənhalıq yaşlaşanda yanında sənə yatmazdan qabaq dərmanını içməyin üçün su gətirən doğma birinin olmamasıdır...
Sayfa 101·Kitabı okudu
Hayat ve İnsan
Ters Köşe Final Sevenler Buraya!
Bazı hikâyeler tam tahmin ettiğin gibi ilerler. Bazılarıysa son sayfada tüm bildiklerini sorgulatır. 🤯 Ters köşeleri seviyorsan, seni sonuna kadar merakta bırakacak 3 kitap önerisini keşfetmeye hazır ol!
Alıntı
Heç kim ölmək istəmir. Hətta göylərə getmək istəyən insanlar bela. Bununla belə, ölüm hər birimizin təyinatıdır. Heç kim heç bir zaman ondan qaça bilməyib. Bax, belə də olmalıdır. Çünki ölüm, bəlkə də, həyatın ən yaxşı kəşfidir.
Sayfa 96 - Stiv Cobs·Kitabı okudu
Hayat ve İnsan
Alıntı
İnsanın qəribəliyi də elə bundadır: müxtəlif zidd hissləri eyni anda keçirə bilir. Bəzən bir şeyə həm sevi- nir, həm də kədərlənir, bəzən bir işi etmək istəyir, həm də istəmir. Bəzən də tükəndiyinə, gələcək taleyinə bi- ganə olduğuna əmin olur, lakin yenə də taleyini dəyişə- cək nəsə etmək istəyir. Biganədir, ancaq yenə də hansısa məqamda taleyi onu narahat edir.
Sayfa 89·Kitabı okudu
Hayat ve İnsan
Alıntı
Düşünürdü ki, insanın etdikləri heç bir zaman cavabsız qalmır. Həyat tennis topunu geri qaytaran divar kimi etdiyi əməlləri ona geri qaytarırdı
Sayfa 86·Kitabı okudu
Hayat ve İnsan
Kitab oxumaq mənim üçün sadəcə bir məşğuliyyət deyil, başqa dünyalara qatılmağın, yeni aləmləri kəşf etməyin yollarıdır. Hər dəfə bir kitab açanda, reallıqdan qoparaq fərqli bir həyat yaşayıram. O dünyalarda yeni insanlarla tanış olur, onların sevincini və kədərini sanki özüm yaşayırmış kimi hiss edirəm. Bu aləmlər mənə həm rahatlıq, həm də geniş bir dünyagörüşü bəxş edir. Kitab oxumaq mənim üçün həyatdan bir anlıq uzaqlaşıb, özümü tamamilə başqa bir macəraya buraxmaqdır. Bu hissi sevirəm, çünki hər kitab yeni bir dünya, yeni bir sərgüzəştdir. Kitabsevərlər Günü münasibətilə, bütün bu gözəllikləri bizimlə bölüşən və kitabları sevən hər kəsi təbrik edirəm!
1000Kitap