"Olmaaaaz. Sana kimse gerçekleri senin kadar net söylemeyecek. Otur, kapan, kalbine dön, gerçek orada biliyorsun, bazen biraz derinde olabilir. Elini sok..."
Bazı hikâyeler tam tahmin ettiğin gibi ilerler. Bazılarıysa son sayfada tüm bildiklerini sorgulatır. 🤯
Ters köşeleri seviyorsan, seni sonuna kadar merakta bırakacak 3 kitap önerisini keşfetmeye hazır ol!
"Hadi ya, iyiymiş. Nasıl oluyor?"
"Okuma sevgimiz sayesinde."
"Nasıl bir alakası var?"
"Kendimizi okumaya kaptırıp başka şeylere bakmayı unutuyoruz."
"Hahahaha, bu da güzelmiş bak."
Asıl amaç zirveye çıkmak değildir, o zirveye çıkarken yaşadığın ihanetlerin, korkaklıkların, tereddütlerin, alçaklıkların ve kahramanlıkların deneyimlenmesidir. Hayat bundan ibarettir.
Əvvəlcə Məryəmin həyatından başlamaq istəyirəm. O, həqiqətən çox talesiz idi. Ən böyük zərbəni atasından aldı. Uşaqlıqdan damğalanması, atasının onu gizlətməsi və lazım olan anda yanında olmaması onun həyatındakı ilk böyük yaradır. Daha sonra dəfələrlə ana olmaq ümidi ilə yaşaması, amma hər dəfə bu ümidinin puça çıxması insanın ürəyini ağrıdır. 15 yaşında özündən xeyli böyük bir kişi ilə məcburi evləndirilməsi və ərinin ona qarşı davranışları isə artıq taleyin ən ağır tərəfi idi. Oxuyarkən düşünürdüm ki, kaş heç olmasa bir dəfə üzü gülsün.
Sonra Leyla ilə tanış oluruq. Atasının onu nə qədər çox sevdiyi hiss olunur, amma anasının onu görməzlikdən gəlməsi daxilində başqa bir boşluq yaradır. Ardınca valideynlərini itirməsi, Reşidin oyunu nəticəsində Tariqdən ayrı düşməsi və onun öldüyünü düşünməsi… bütün bunlar Leylanın həyatını alt-üst edir. Məcburi evlilik onun üçün də yeni bir çıxılmazlıq olur. Amma bütün anlaşılmazlıqlara baxmayaraq, Məryəmlə zamanla bir-birilərinə dayaq olmaları kitabın ən gözəl tərəfi idi. Əvvəl rəqabət və soyuqluq, sonra isə qadın həmrəyliyi və həqiqi bağlılıq.
Kitabda daxili müharibənin, dağıntıların və itkilərin dəhşəti çox real təsvir olunub. Oxuyarkən o şəraiti insan həqiqətən hiss edir. Sadəcə iki qadının taleyi deyil, bir ölkənin ağrısı da paralel şəkildə göstərilir.
Sonda isə Məryəmin fədakarlığı… Məncə o, öz missiyasını tamamladı. Bəlkə də həyatında ilk dəfə özünü “işə yarayan” və dəyərli hiss etdi. Bu qərar həm çox ağrılı, həm də çox güclü idi. Leylanın sonda Tariqə qovuşmasına isə həqiqətən çox sevindim. O qədər qaranlıqdan sonra bu, oxucu üçün bir ümid idi.
Min Möhtəşəm GünəşKhaled Hosseini
Min Möhtəşəm GünəşKhaled Hosseini · Qanun Nəşriyyatı · 2013119,5bin okunma