Aydan Nemetova

Aydan Nemetova
Librarian
NTU
12 Ekim 2004
6 kütüphaneci puanı
129 okur puanı
Mayıs 2024 tarihinde katıldı
Bu qatarın dalınca baxma
Məni aldı səndən,getdi bu qatar, Göydə bircə ovuc tüstüsü qaldı. Saçında əlimin tumarı qaldı, Ovcunda əlimin istisi qaldı. Uzaqdan,yaxından keçər bu qatar, Gecələr yuxundan keçər bu qatar. Gülsən, gülüşünu doğrayar,biçər, Ah çəksən,ahından keçər bu qatar. Baxma,bu qatarın dalınca baxma, Baxma,gözlərini yorunca baxma. Qaşların altında cüt yarpaq kimi Gözlərin saralıb-solunca baxma. Mən getdim,dünya ki qaldı yerində. Dünyanın payızı, baharı qaldı. Ovcunda əlimin istisi qaldı, Saçında əlimin tumarı qaldı...
Sayfa 35·Kitabı okudu
1000Kitap
Tatil planı hazırsa sıra okuma listenizde!
Bu yaz yanınızdan ayırmak istemeyeceğiniz kitapları sizin için bir araya getirdik. 💬 Siz olsanız bu listeden hangisiyle başlardınız?
Mənim balam,bu dünyayla oynama
Mənim balam, bu dünyayla oynama, Sən cavansan, dünya qoca dünyadı. Düşmən nədi, dost evini dost yıxar, Bilən bilir, dünya necə dünyadı. Ömrə,günə etibar yox əzəldən, Bir də dönüb yarpaq olmaz xəzəldən, Beşiyindən bizə tabut düzəldən, Bələyindən kəfən biçən dünyadı. Kim nə anlar bu zalımın işindən, Çoxlarını keçiribdi dişindən, Möhkəm yapış papağından,başından, Başdan papaq alıb qaçan dünyadı.
Sayfa 11·Kitabı okudu
1000Kitap
Ömürdən uzun yollar
Dəli kimi hara çapır bu yollar? Sağa çapır, sola çapır bu yollar. Dostu dostdan, yarı yardan ayırır, Bir-birini necə tapır bu yollar? Bu yollarda nə yorulduq, nə yatdıq, Nə də yatan baxtımızı oyatdıq. Bu yolları yaxşı saxla yadında, Bu dünyaya, bəlkə, bir də qayıtdıq. Bu yollar bizim yollar, Qaraldı gözüm, yollar, Çoxların yola saldı Ömürdən uzun yollar.
Sayfa 10·Kitabı okudu
1000Kitap
Hər ömür bir tamaşadı, Axırına gül də düşür. Gözümüzdən yaş da duşür, Alnımızdan tər də düşür. Gah ovçu, gah ov oluruq. Gah qovub, gah qovuluruq. Bu gün tordan qaçan balıq Sabah tora bir də düşür. Göz yaşını silən kimi, Dərdə-qəmə gülən kimi, Dünya nədi - bilən kimi Ömür bitir, pərdə düşür...
Sayfa 8·Kitabı okudu
1000Kitap
10/10
·80 syf.··
Beğendi
·
2025 24. kitabı
·
2 saatte okudu
·
Okunma: 25 Eylül 2025 18:15
Cəfər Cabbarlının “Sevil” əsəri Azərbaycan ədəbiyyatında qadın azadlığı mövzusunu ən güclü şəkildə gündəmə gətirən əsərlərdən biridir. Yazıçı, Sevil obrazı vasitəsilə cəmiyyətin qadına qarşı qurduğu basqıları, ikili standartları və riyakarlığı ifşa edir. Əsərdə tez-tez vurğulanan əsas ideya budur ki, qadının boynuna “namus” yükü yüklənir, amma kişi üçün bu anlayış sanki yoxdur. Sevilin dediyi sözlər bu reallığı çox dəqiq ifadə edir: “Namus! Ha-ha... Nədir namus?.. Yalnız qadınların daşıyacağı bir yükdür. Sən hər gün bir dəqiqəlik zövqün üçün tuş gəldiyin hər bir qadına göz basırkən kimsə sənə namussuz demirdi. Lakin biz... bir parçacıq çörək üçün birinə yanaşdıqda bütün bayquşlar səs-səsə verib: “Fahişə, fahişə” – deyə ulaşırlar.” Bu fikirlər cəmiyyətdəki ədalətsiz münasibəti açıq göstərir. Əsərin gücü də elə buradadır – o, reallığı gizlətmədən, bütün çılpaqlığı ilə oxucunun üzünə deyir. Məhəmmədəli bəy – özünü ziyalı kimi göstərməyə çalışan, amma əslində cahil və saxta bir insandır. Onun haqqında Gülüşün dediyi “Özü də, orijinal görünmək üçün nə desələr, zidd gedir. Adını deməyə özüm də qorxuram, birdən boynuna düşsə, öz adını da danar” sözləri onun nə qədər prinsipsiz olduğunu göstərir. Əbdüləli bəy – müstəqil fikri olmayan, sadəcə hər kəsə yaltaqlanmaqla məşğul olan obrazdır. Yazıçı bu simada düşüncəsiz insan tipini ifşa edir. Dilbər – özü əxlaqsızlıq etdiyi halda başqalarını qınayan, riyakarlığı ilə seçilən qadın obrazıdır. Onun davranışları, cəmiyyətdə tez-tez rast gəlinən “özünü pak göstərən, amma eyni səhvləri edən” insanları xatırladır. Gülüş – əsərdə ən realist və kəskin obrazdır. O, başqalarının saxtalığını üzlərinə vurur və onları reallıqla üz-üzə qoyur. Əsərin əvvəlində deyilən bu cümlə isə bütün ideyanı ümumiləşdirir: “Həyat yolu uçurum üstündə çəkilmiş
1000Kitap
SevilCafer Cabbarlı · Xan Nəşriyyatı · 2024621 okunma