Oxucunu kitabdan asılı vəziyyətə salan və oxunması ən asan kitablardan biri idi. Bu kitabı oxuduqda insan rahatlaşır və rahatlaşmaqla yanaşı oxuduğu səhifələr içərisində yeni məlumatlar öyrənir. Mən bu kitabı oxuyarkən bildiyim və yaxud bilmədiyim fakt gördüyüm zaman kitabı yarıda saxlayıb həmən məlumatı araşdırıb öyrənir və yeni versiya ilə kitabı oxumağa qayıdırdım qəribə bir şəkildə bu məni yormur əksinə xoşuma gəlirdi. Kitabı oxuyub bitirdikdən sonra sadəcə bir kitabı bitirməmiş həmdə kitabdakı faktları dəqiqləşdirmək üçün daxil olduğum araşdırmalar məni daha fərqli məlumatları öyrənməyə aparıb çıxarmışdı. Öyrəndiyim qədərilə kitabda elmi cəhətdən düzgün anlayışlar olsa da indiki nəzəriyyələr ilə üst-üstə düşməyən yanlış anlayışlar da var. Ancaq düzgün məlumatlar yanlış məlumatlardan daha çoxdur və kitabı oxuyan zaman bu yanlış məlumatları (bu dövr üçün alimlərin nəzəriyyələrinə əsasən) fərq edib fantastik olduğunu anlamaq elə də çətin olmur. Kitabın çatdırmaq istədiyi şey isə odur ki, biz bir məqsəd uğrunda irəliləyirik, yol elə gətirir ki bu məqsədə çata bilmirik və yaxud çatırıq burada önəmli olan kitabın adından da göründüyü kimi (dünyanın merkezinə səyahət) səyahət, həmən yol və həmən yolda qarşılaşıb öyrəndiklərimiz, xatirələr, prosesdir. Biz bundan həzz almağı bacarmalıyıq. Kitabda olan 3 baş obrazda insanın daxili dünyasında yaşadığı hissləri ayrı-ayrı obrazlar şəklində göstərilir. Hans- soyuqqanlı, təcrübəli; Professor- elmi baxış, həvəsli; Axel- qorxu, məntiq. Kitabın sonuna bir az yüngül yanaşılsa da mənim üçün oxunması xoş kitablardan biri oldu.