Çevrilmə simvolikdir. Ailə arasında olan sevgi belə şərtidir. Əvvəl sadəcə Gregor işləyirdi o hərkəsə lazım idi. Ancaq sonra o işləmədiyinə görə ailədə ki, hər kəs qazanc üçün işləməyə başlayır və o lazımsız birinə çevrilir.Əgər cəmiyyət üçün faydalısansa dəyərlisən, deyilsənsə yox. Artıq heç kimin işinə yaramadığın an hər kəs də olan dəyərini itirirsən. İnsanların hamısı sənlə bir mənfəət uğruna əlaqə saxlayır. Kobudca demək istədiyi bu idi deyə düşünürəm.
ÇevrilməFranz Kafka · Qanun Nəşriyyatı · 2017267,7bin okunma
Azərbaycan dilində tapa bilmədim deyə türkcə çevirisini oxudum lakin yazı stili bədii türk terminləri ilə sıx olduğundan biraz anlamaqda çətinlik çəksəmdə əlavə mənbələrdən də kömək alaraq kitabı tam təhlil edə bildim. Sujet belə irəliləyir.Pelayo evinin həyətində qanadlı qoca adam tapır, çirkli, zəif, anlaşılmaz. İnsan kimi görünür amma qanadları var. O və yoldaşı qorxur ancaq qonşu bu mələkdir deyir. Onu toyuq hinində saxlayır və camaat gəlir, baxır, ona yemək atır, daş atır. İnsanlar anlamadıqları şeyi tez alçaldır. Pelayo giriş pulu qoyur və insanlar axın-axın gəlir möcüzə biznesə çevrilir. Daha sonra hörümçəyə çevrilmiş qadın peydə olur və onun hekayəsi aydındır, danışa bilir.İnsanlar onu üstün tutur. İzah olunan möcüzəni seçir. Qocanın vəziyyəti pisləşir hamı onu unudur lakin yavaş-yavaş düzəlir. Bir gün qoca güclənib qanadlarını açır və uçub gedir. Elisenda rahatlayır onu itirdiyinə yox ondan qurtulduğuna sevinir. İnsanlar möcüzə istəyir amma real möcüzə gələndə onu tanımır, yaxşı bir şeyin dəyərini gec anlayır. Bəzən həyatında çox dəyərli şey olur lakin sən onu adi görüb keçirsən problem möcüzənin olmaması deyil onu görməyən insanlardır. O necə bu fürsəti dəyərləndirə bilərdi? Ona pul gözü, çıxar münasibəti ilə baxmasa idi. Real həyatdada insanlar çıxar əldə edə bilmədiyi, pul qazanmayacaqları düşündükləri fürsətləri dəyərləndirmir onları qırağa atırlar. Bəlkə də atdıqları onlara bəxş olunmuş möcüzə idi
Omelas utopiyadır. Yəni ideallaşdırılmış bir dünya hansı ki, burada indi yaşadığımız dünyada qarşılaşdığımız heç bir problemlə qarşılaşmırıq, heç bir mənfi hadisə baş vermir məs: müharibə kimi vəs, Ancaq burada bir problem var bizim bu xoşbəxtliyimizin bədəlini bir uşaq çəkir, real dünyada olmalı olan problemlərin hamısı bu uşağın başına gəlir və o yalnız şəkildə sadəcə olaraq əzablar içərisində yaşayır. Kitabın adından göründüyü kimi bəzi insanlar müəyyən yaşa çatdıqlarında bunu dərk edib öz xoşbəxtliklərinin əxlaqsız bir yaşantı olduğunu düşünerek o uşağa verilən əzabın az da olsa qarşısını almaqdan ötrü öz xoşbəxtliyindən keçərək şəhəri tərk edirlər. Bunun əksinə burada qalıb yaşamağa dəvam edən insanlar daha çoxdur. Onlar artıq bunun pis bir əməl olduğunu bilir ancaq artıq alışmışdırlar. Nümunə gətirsəm , yer kürəsində öz ehtiyaclarımız üçün tikililər tikir, enerji stansiyaları qurur, fabriklər düzəldir və s. beləliklə biz öz ehtiyaclarımızı ödəməklə yanaşı həmdə yer kürəsinə zərər vurmuş oluruq onun bizə verdiyi təbii sərvətləri mehv edirik. Omelası terk edenler isə həmən bu yer kürəsini qorumağa çalışanlardır, onu az çirkləndirən, verilənlərdən qənaətli istifadə edən, ehtiyaclarımızı daha təhlükəsiz formaya salanlar. Məs: İstilik elektirik stansiyalarında mazut , kömür və yaxud başqa yer kürəsinin gələcəyi üçün təhlükə yaradan yanacaq vasitələrindən istifadə olunur ancaq mühəndislər alternativ enerji mənbələrindən (su, güneş, külək) istifadə edərək AE stansiyalarının sayını artırır və təbiəti qorumağı da nəzərə alır. Və yaxud bəzi ölkələrdə daha az maaşa daha pis vəziyyətdə yaşayan insanlar var.Müəyyən əşyalar var hansı ki brend olan həmən bunların istehsalatı üçün lazım olan fabriklərdə işləyir bu insanlar.Onların iş rejimi ağır, çox az qazanclı, təhlükəlidir.