Adila Quliyeva

Adila Quliyeva
@Adisqva
Çəmbərlidaşın orada Toyuqbazarından gələn pis qoxunun içində bir-birinə qarışmış, cır-cındır içində arsız dilənçilər gördüm. Biri kor idi, yağan qara baxıb gülümsəyirdi.
Sayfa 26 - "Şərq-Qərb"·Kitabı okudu
“Kötü bir anıyı unutmanın en iyi yolu güzel bir tanesiyle değişmektir.”
Özünüz razılaşın ki, hərənin öz nöqsanı öz... xüsusi əlamətləri var; elə adamlar var ki,onları barmaqla göstərməyə adət etmişlər, halbuki bəzi adamlarda belələrinə nisbətən, bəlkə, daha çox nöqsan var.
Sayfa 123 - Şərq-Qərb·Kitabı okudu
Mən anadangəlmə utancaq idim, lakin eybəcərliyimə olan inamım utancaqlığımı daha da artırırdı. Mənsə əminəm ki, insanın istiqamətinə heç bir şey onunbxarici görkəmi,həm də xarici görkəmindən daha çox onun öz çirkinlik və ya gözəlliyinə olan inamı qədər dərin təsir etmir.
Sayfa 140 - Şərq-Qərb·Kitabı okudu
Yeni baxış
İnstinktiv hissdən bir adam o birinin fikrindəkini duyur və bu hiss söhbətin əsasını təşkil edir;
Sayfa 131 - Şərq - Qərb·Kitabı okudu
İlk Gənclik, Uzun səfər.
Mən zərrə qədər də qüssələnmirdim: xəyalım burada qoyub getdiklərimin yanında yox,qarşıda məni gözləyən şeylərin yanında idi. İndiyədək başımda hərlənən ağır xatirələrlə bağlı olan şeylərdən uzaqlaşdıqca bu xatirələr öz gücünü itirir, onlar qüvvət, təravət və ümidlə dolu olan həyatı dərk etməyimdən doğan sevincli hisslə əvəz olunurdular. Vicdanım hələ məni sıxdığı üçün sevincimin ağuşuna atıla bilməzdim, lakin dördgünlük səyahətimiz mənim üçün şən olmasa da, hər halda xoş və yaxşı keçdi ki, ömrümün bir neçə gününü nadir hallarda belə keçirmişəm. Nə yanından sarsılmadan keçə bilmədiyim anamın otağının bağlı qapısı,nə heç kəsin yanaşmağa qorxduğu örtülü royal, nə yas paltarları yadıma düşürdü. Qaytarılmaz itki canlı surətdə yadıma salan və anamın xatirəsini bir növ təhqir etmək qorxusu üzündən məni həyatın hər bir təzahüründən çəkinməyə vadar edən bütün şeyləri unutmuşdum. Burada əksinə, mənim diqqətimi yeni mənzərəli yerlər və şeylər özünə cəlb edirdi, yazın mənzərəsi isə qəlbimi sevincli hisslərlər - indiki vəziyyətimdən məmnun qalıb gələcəyə parlaq ümid hissilə doldururdu.
Sayfa 121 - Şərq- Qərb·Kitabı okudu