Özünü cəmiyyətdən təcrid etmək xilas demək deyil - çünki hər bir fərd ölkənin bir parçası idi və ölkənin taleyinə dözmək məcburiyyətində idi - bombalar isə günahkarları da, günahsızları da öldürürdü.
Lakin yenə də bir-birlərinə - narahat olmağa dəyməz, axı biz dövlətə ziyan verəcək heç nə etmirik - deyə təsəlli verirdilər. Fikirlər sərbəstdir - dedilər. Amma bilmədikləri bir şey var idi - bu dövlətdə fikirləşmək də qadağan idi.
Bu günəcən kim idi onlar? Heç kimin tanımadığı, axına qoşulub gedən kiçik insanlar. İndi isə çoxluqdan ayrılıp başqa bir cəbhədə yer alan, heç kimə bənzəməyən iki insan... ətraf buz soyucu... necə də təkdirlər...