Afet Hesenova

Afet Hesenova
@Afet_hsnva
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da, ölsəm də…
Azərbaycan Tibb Universiteti
Bakı
13 Ağustos 1999
60 okur puanı
Şubat 2020 tarihinde katıldı
Şu anda okuduğu kitap
10/10
·616 syf.··
2022 14. kitabı
·
22 günde okudu
·
Okunma: 05 Ağustos 2022 20:18
Oxuyun, oxutdurun! Əgər bu başlığı yazmışamsa deməli kitabı çox bəyənmişəm deməkdir.Uzun amma bir o qədər də axıcı olan “Qılınc və qələm” əsəri ilə qarşınızdayam.Əsəri oxuyanda heç düzü nə haqqında olduğu ilə maraqlanmamışdım. Kitabda olan hadisələr Atabəylər nəslinin Azərbaycan torpaqlarında hakimiyyətdə olduğu dövrdə keçir. Kitabın əvvəlində İlyas adlı şairi sonrakı səhifələrdə Nizami deyə səsləməyə başladıqlarını görəndən sonra kitabın adında olan “qələm” sözünün mənasını başa düşdüm. Qələm məhşur şair Nizami Gəncəvi idi. Bəli Nizami Gəncəvi Atabəylər dövlətinin dövründə yazıb-yaratmış,əsərlərinin bir çoxunu Atabəy hökmdarlarına ithaf etmişdir. Qılınc isə Fəxrəddin adlı sərkərdədir. Nizami real obraz olsa da, Fəxrəddin xəyali obrazdır. Fəxrəddinin qılıncı nə qədər kəskin olsa da, o hər zaman Nizami ilə məsləhətləşir onun qələminin gücündən dəstək alır. Kitabda o dövrdə xalqın düşüncəsi, hökmdarların hakimiyyət mübarizəsi, ailə bağları,qadınlara, şeirə, incəsənətə olan münasibətə hər bir detallığı ilə elə toxunulub ki bir anlıq 1136-1225 ci illərə səyahət edib qayıdırsan sanki. Əsərdəki hadisələr öz aktuallığını hələ də qoruyur. Tarixlər dəyişə, hökmdarlar əvəzlənə bilər. Amma xalq və milli şüur heç zaman dəyişmir. Və sonda “Qələm”nə qədər kəskin olarsa, “Qılınc”a ehtiyacda bir o qədər az olar…
Qılınc və QələmMəmməd Səid Ordubadi · Qanun Nəşriyyatı · 2013282 okunma
Ne Kadar Kitap Kurdusun?
0-30p: Kontrollü okuyucu 📖 40-70p: Hafif bağımlı 👀 80p+: Geçmiş olsun, kitaplar seni ele geçirmiş 😅
Puan vermedi·192 syf.··
2022 12. kitabı
Ən sevdiyim serial olan “Leyla ile Mecnun” da gördüyüm bir səhnəyə görə oxumaq istəmişdim bu kitabı. İlk başlarda oxumaqda çox çətinlik çəkdiyim, dəfələrlə yarım buraxmaq istədiyim bir kitab olsa da,daha sonra o qədər əsərin içərisinə daxil olmuşdum ki, çox sürətlə oxuyub bitirdim. Yusuf Atılganın yazmış olduğu ilk roman olan bu kitab mənə daha çox Oğuz Atayın “Tutunamayanlar” kitabını xatırlatdı. Obrazlar və yazıçının dili o qədər oxşayırdı ki, biraz araşdırdıqdan sonra bildim ki, sən demə elə Oğuz Atay kitabdakı qısa bir replikdən təsirlənərək “Tutunamayanlar”ı yazıb: ‘’Tutamak sorunu. İnsanın bir tutamağı olmalı.’’ ‘’…Tutamak sorunu dedim. Dünyada hepimiz sallantılı, korkuluksuz bir köprüde yürür gibiyiz. Tutunacak bir şey olmadı mı insan yuvarlanır. Tramvaylardaki tutamaklar gibi. Uzanır tutunurlar. Kimi zenginliğine tutunur; kimi işine, sanatına. Çocuklarına tutunanlar vardır. Herkes kendi tutamağının en iyi, en yüksek olduğuna inanır. Gülünçlüğünü fark etmez.’’ Hər kəsin sevə və anlaya biləcəyi bir kitab deyil. Oxucuların rəylərinə baxanda da əksəriyyətinin sevmədiyi, yarım buraxdığını, bir qism insanın isə çox bəyəndiyini müşahidə elədim. Hər kitabın bir zamanı vardır. Mən tam zamanında oxudum deyə bəyəndim.Ümidvaram ki,bir gün yolunuz bu kitabla qarşılaşar
Aylak AdamYusuf Atılgan · Can Yayınları · 201971bin okunma
Puan vermedi
“Bakı 1501” Əzizə Cəfərzadənin 1980-ci illərdə 40.000 tirajla satılmış olan ən məhşur romanıdır. İlk öncə onu deyim ki romanın dili o qədər axıcı və sadədir ki, həm tez bir zamanda bitirmək olur,həm də hər bir obrazla doğmalaşmaq. Kitabda XVI əsrin əvvəllərində Səfəvilər dövlətinin qüdrətlənməsindən, həmin dövrdə baş verən dini çəkişmələrdən,qızılbaşların Bakıya və Şamaxıya hücumlarından, Şah İsmayılın bir padşah,sərkərdə və şair kimi mürəkkəb həyatından bəhs edir. Tariximizin bu dövrü mənim üçün çox maraqlı olub. Necə olur ki, Xətai kimi poeziyaya,şeirə sənətə qiymət verən bir insan sırf təriqət uğrunda öz millətinin qanına girir, minlərlə günahsız insanın ölümünə fərman çəkir. Dövlət və dövlətçilik uğrundaki mübarizəsi nə qədər təqdirə layiqdirsə,təriqəti üçün öz soydaşlarına qıyması da bir o qədər dəhşətdir. Düşünürəm ki, o da həmin dövrdə cahilliyin bir növ təsiri altında olmuş, gənc yaşında ətrafındaki insanların təsiri altına düşmüş olar.Çünki əsər boyu Xətainin şair ruhu ilə sərkərdə qüdrəti daima təzad təşkil edir, özü də öz etdiyinin doğruluğunu sorğulayır. O,həm öz xalqı ilə, həm düşmən ölkələrlə,həm də özü-özü ilə savaşır. Əgər tarixi faktları tarixdən deyil də mənim ki tarixi romanlardan oxumağı sevirsinizsə mütləq bu kitaba üz tutun,peşman olmazsınız
Bakı 1501Əzizə Cəfərzadə · Kitab Klubu · 2015102 okunma
6/10
·208 syf.··
2022 8. kitabı
·
18 günde okudu
·
Okunma: 24 Mayıs 2022 20:42
Kitapların hindistancevizi veya yabancı bir diyardan gelen bir baharat gibi koktuğunu biliyor musun? Küçükken onları koklamaya bayılırdım.Tanrım,bir zamanlar öyle çok güzel kitaplar vardı ki…biz onları bırakmadan önce… ️Fahrenheit 451 nədir?- kitab səhifəsinin yanma dərəcəsi 1951-ci ildə yazılmış distopiya janrında olan bu əsərdə hadisələr 2022-ci ildə baş verir. 2 il idi ki,mənimlə olan bu kitabı 2022-ci ildə oxumaq da mənim üçün xoş bir təsadüf oldu)) Elə bir dünya düşünün ki,burada yanğınsöndürənlər özləri yanğın törədir…Kitabları yandırırlar, kitablarla bərabər insanlığı,tarixi,mədəniyyəti də yer üzündən silməyə çalışırlar. Hər kəsin evinin bütün divarları televizorlardan ibarətdir. Evinizdə sizdən çox televizorunuzun səsinin çıxdığı bir dünya. Sorğulamayan hətta sorğulamağı bilməyən insanların dünyası.. Əsərin baş qəhrəmanı olan Ray Montag da evlərə girib insanların gizlətdiyi kitabları yandıran yanğınsöndürənlərdən biridir. Montaq nə etdiyinin fərqində belə olmadan uzun müddətdir ki,bu işlə məşğul olur. Ta ki qarşısına Clarisse adlı 17 yaşlı bir qız çıxana qədər. Clarissenin Montaga “xoşbəxtsənmi?”sualı onun qəlbindəki qığılcımları oyadır. Daha sonra kitablarını yandırdıqları üçün özünü də kitablarıyla yandıran yaşlı bir qadın bu qığılcımı daha da közərdir və o gündən Montag girdiyi evlərdən bir-bir kitabları toplayıb gizlətməyə,onları qurtarmağa çalışır.Təbii ki,bu uzunmüddət gizli qalmır və ona əngəl olmağa çalışırlar. Bu kitabı mütləq oxuyun, çox sevəcəksiniz deyə bilməyəcəm təəssüfki. Hər insanın sevə biləcəyi bir kitab deyil,çünki tamamilə hissiz,duyğusuz yazılmış kitabdır hansı ki yazıçı bunu bilərək bu cürə yazdığını deyir. Çünki duyğuları,hissləri əllərindən alınmış insanların dünyasını ancaq bu cürə yazmaqla oxucuya çatdıra bilərdi. Distopiyanı
Fahrenheit 451Ray Bradbury · İthaki Yayınları · 2022108,3bin okunma
Puan vermedi·192 syf.··
2022 7. kitabı
Hər birimiz zaman-zaman görünməz olmağı xəyal etmişik. Amma mən bu kitabı oxuyana kimi görünməzliyin bu qədər dəhşət, əzabverici bir şey olacağını düşünməzdim. Kitabda görünməz olmağın əslində heç də xəyallarımızdakı kimi olmadığı, müsbət cəhətlərindən daha çox mənfi cəhətlərindən bəhs edilir. Griffin adlı bir nəfər laborotoriyada pişik üzərində etdiyi təcrübə ilə səhvən görünməz olur və bundan sonra onun üçün yaşamaq çətinləşir hətta kabusa dönür belə deyə bilərik. Qəhrəmanın yaşadığı çətinliklər, ətraf insanların ona qarşı olan nifrəti, davamlı təklənməsi, köməy istədiyi insanların ondan üz döndərməsi onu daha da pis, daha zalım bir insana çevrilir. Əsərin sonlarına yaxın Griffin ona pislik edən hər kəsdən qisas almağa çalışan bir caniyə çevrilir… Hər birimizin ətrafında görmədiyimiz, yaxud da görməzdən gəldiyimiz onlarla insan var. Bəzilərimiz heç ən yaxınımızda olan insanı belə bəzən görə bilmir. Ətrafınızda olan, sizi sevən, sizə dəyər verən insanları çalışın görün, görməsəniz, görməzdən gəlsəniz bir gün onlar həqiqətən görünməz olacaq.
Görünmez AdamH. G. Wells · Kızıl Panda Yayınları · 202110,5bin okunma