Ədəbi ruhlu bir gəncin ətrafdakılarla bir qadına aşiq olduqdan sonrakı münasibətini qələmə aldığı gündəlik tipli bədii roman (əslində kitabdakı qəhrəmanımız yazılarını Wilhelm adlı bir dostuna açıqlayır) olduğu üçün bu kitabı bəyəndim. Goethe özünəməxsus tərzini göstərir kitabda. Biraz psixoloji, bədii, romantik, dramatik və ağır yüklü fəlsəfi romandır.
Düşünürəm ki, kitab 15-20 yaş arası gənclər üçündür. Ama bununla belə kitabı oxuyarkən aldığınız təəssürat mənalı və dərin olur. "Heyvan Respublikası"nda George Orwell in bəzi satiraları, sətiraltı ifadələri dərhal hiss olunur.
Kitabdakı qeydlər, o cümlədən tərcümə qeydləri, tərcüməçinin özünəməxsus perspektivi (bəzi tərcümə dəyişiklikləri, şeirlər və s.) kitaba xüsusi bir maraq qatmışdır.
Sadəcə bəzi qramatik və leksik semantik norma xətaları mövcuddur, tərcümə zamanı bəzi dilimizdə olmayan, işlədilən ancaq lüğətdə mövcud olmayan, yaxud dialekt sözlər bir çox yerdə öz əksini tapsa da, kitabı oxuyarkən alınan həzzin qarşısını kəsmir.
Kitab haqda məlumatlar:
Kitab: Heyvan Respublikası
Yazıçı: George Orwell
Tərcüməçi: Rafiz Hacıoğlu
Nəşriyyat: Bakı, "Parlaq İmzalar" 2022 II nəşr
Çap tarixi: 24.09.2022