Giovanni Drogo hərbi vəzifəsini yerinə yetirmək üçün şimalında Tatar çölünün olduğu Bastiani qalasına təyinatı verilən bir leytinantdır. Çölün ortasındakı bu qalaya ilk ayaq basdıqda buranın ona heç uyğun olmadığını hiss etsə də vəzifəsini itirmək qorxusu ilə 4 ay burda qalmağa və sonrasında başqa bir yerə təyinat üçün müraciət etməyə qərar verir. Uyğunlaşmağın, öyrəşməyin və komfortun yaratdığı illuziya nəticəsində Drogonun 4 ay zənn etdiyi bu müddət daha da uzanaraq onu ömürlük qalanın ayrılmaz bir parçasına çevirməyə başlayır...
Hər birimizin içində arzularımızın, xəyallarımızın və gələcəyimizin qatili olan bir Bastiani qalası var. Biz içimizdəki o qalaya özümüzü həbs edərək həyatımızı dəyişdirəcək yaxşı şeylərin baş verməsini gözləyirik. Sadəcə gözləyirik. Bu xəyalların gerçəkləşməsi üçün heç bir cəhd etmədən gözləyirik. Bəzən insanı ayaqda tutan ümid diqqət edilməyəndə insan üçün ən təhlükəli şey ola bilir. Boşluq hissi aşılayan bir ümid insana yanlış seçimlər və qərarlar qəbul etməyi təlqin edir. Bu isə bizim letargiya yuxusuna yatmağımız üçün oxuduğumuz layladan başqa bir şey deyil...
Bazı hikâyeler tam tahmin ettiğin gibi ilerler. Bazılarıysa son sayfada tüm bildiklerini sorgulatır. 🤯
Ters köşeleri seviyorsan, seni sonuna kadar merakta bırakacak 3 kitap önerisini keşfetmeye hazır ol!