-İnsanın qəlbində nələr baş verdiyini öyrənməsəm, sifətini də çəkə bilmərəm. Həyatı təsvir etməkdən ötrü təkcə anatomiyadan baş çıxarmaq azdır, insanın hislərini, onun yaşadığı dünya barəsində fikirlərini dərk etmək lazımdır. Təkcə öz peşəsini bilən, başqa heç nəyi öyrənməyə can atmayan bir kəs yalnız səthi rəssam ola bilər.
- Məsələn, məndə şəkillərə və kitablara qarşısıalınmaz bir yanğı var, bütün həyatım boyu oxumaq istəyirəm-bu mənə çörək qədər vacibdir. İnanıram ki, sən məni başa düşərsən.