Agarajab Jafar

Agarajab Jafar
@Agarajab
Creative Director
Miami Ad School
Azerbaijan, 26 Mart
3 okur puanı
Ekim 2025 tarihinde katıldı
10/10
·72 syf.··
Beğendi
·
2025 4. kitabı
Kitab mənə bugünkü şinelimizin nə olduğunu sorğulatdı və bir də bu fikirlə ayrıldım: Ədalət o qədər önəmli anlayışdır ki, realist bir əsər belə, sonda metafizik gücə inanaraq haqqı tanımadan tamamlanmır.
ŞinelNikolay Gogol · Qanun Nəşriyyatı · 201846,2bin okunma
Reklam

Agarajab Jafar

, bir kitap okudu
10/10
·72 syf.··
Beğendi
·
2025 4. kitabı
Nikolay Gogol
8.3/10 · 46,2bin okunma
Daha öncə yazdığım bir postu burada paylaşıram.
10/10
·384 syf.··
2025 2. kitabı
400 səhifəni 40 saata. Çoxdandır, fiziki kitabı belə tez bitirə bilmirdim. Gah qeydlər götürə-götürə sürət azalır, gah da yüklü iş günündən sonra yuxu dərmanı rolunu oynayırdı, kitablar. Həm də audio kitablar yaşam tərzimizə daha uyğunlaşıb. Şənbə-bazar digital detox eləməsək, fiziki kitablara əlimiz çatmayacaq, ancaq səsinə səs verə biləcəyik. Yeri gəlmişkən, bu yaxınlarda Storyteldə məşhur "1984" əsərini radio teatr formatında dinlədim. Uşaq vaxtı dinlədiyim radio teatrları xatırlatdı. Çox səliqəli işlənib. Məsləhətdir. İndi isə gələk, əlimdə tutduğum Abaddon kitabına. Nə abad olmayan dünyanın halı, nə də şəkildəki don ilə əlaqəsi yoxdu Abaddonun. Kapüşonu başıma keçirib, şəkil çəkdirdim ki, post qəşəng görünsün. Kitabı oxuduqca, müəllifin azərbaycanlı olmasına inanmağı gəlmir, adamın. Ümumiyyətlə, kitab oxuduğuna inanmağın gəlmir. Elə bil, Netflixdə təzə serial çıxıb, sən də bir nəfəsə bütün bölümlərə baxırsan. İntellektual, psixoloji, detektiv janrında olan romanda hadisələr İrlandiyada baş verir. İrlandiya haqqında 10 kitab oxusaydıq, əldə edə bilməyəcəyimiz qədər eksklüziv faktlarla zəngindir: "İrlandiya yarım saatı", Avropanın əmisi sayılan VII Eduard dövrü, Qroqox, Titanik, Newgrange, Blarni qəsri, Osrayqe krallığı, Müqəddəs Patrick, 5 funtluq əskinasın üstündə Ketrin Elizabet Makoli, arxasında Entoni Rafterinin şeiri, Luzitaniya gəmisi, Məhəmməd Əlinin ulu babası Eyb Qreydi, irlandların pablarda UK ilə siyasət və məişət mövzuları, kriminal jarqonları və n qədər lokal məlumatlar qazandırdı. Bundan əlavə kitabda normal həyatda bir arada görmədiyimiz bir çox mövzular bir araya gəlib. Gələcəkdə bu postu oxuyanda xatırlamağım üçün yazıram: - İbrani dilindən "həlak edən", "yoxluq" mənasını verən Abaddon - Horun gözü - Nekrofiliya, Fransua Bertrand - Şeol -
AbaddonRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyat Evi · 2024762 okunma