Mən başa düşdüm ki, sənin daxili aləmin dünyanın vecinə deyil. Dünya sənin dərin və sümüyün altında gizlənmiş ümidlərin, arzuların, kədərin və sevincinlə maraqlanmır. Məsələ bu qədər sadə, cəfəng və qəddar idi.
Övlad sahibi olmaqla ömürlük narahatlığa və qorxuya könüllü olaraq razılıq verdiyi üçün özünə acıqlanır. Bu ki dəlilikdir. Əsl axmaqlıqdır. Bu necə bir səfehlik, necə əsassız inancdır. Sənin idarə etmədiyin bir dünyanın itkisinə dözə bilməyəcəyin əzizlərini əlindən almayacağına inanmaq. Dünyanın səni məhv etməyəcəyinə inanmaq..
Məsələn, burada – Fransada o qadınlar yaşadıqları ağır həyat sayəsində qəhrəman simasında görünürlər. O qadınların həyatının bircə gününə də tab gətirə bilməyəcək insanlar qıraqdan baxıb onlara heyranlığını bildirir. Arzuları boğulmuş, xəyallarının üstünə su səpilmiş qadınlardır onlar.
... Amma unutmaq deyilən şey yox idi. Abdulla hara baxsa, Pəri orda dayanıb baxırdı. Köynəyinə yapışan toz kimi idi. Artıq evə tez-tez çökən sükut kimi idi Pəri. Sükut, sözlərə hamilə qalıb ağızdan çıxa bilməyən, dolub yağa bilməyən yağış kimi evə çökürdü.