Kütləvi mərasimlər təzəcə qeyd olunurdu. Yan koridorlarda qadınlar qara paltarda qara rəngli kiçik təpələr kimi günah çıxarma dirəklərinin önündə çöməlirdilər. Şamlar hərəkətsiz şəkildə yanırdı, bir orqan gurladı və kahinin qaldırdığı və içində Məsihin qanı olan qızıl qədəhin üzərində parıldadı və bununla ağrı-acıları arada götürdü. Bütün bunlar nəyə gətirib çıxarırdı? Qanlı səlib yürüşlərinə, dini fanatizmə, inkvizisiyanın işgəncələrinə, cadugərlərin yandırılmasına, bidətçilərin öldürülməsinə – hamısı xeyirxahlıq adı altında.
Mən xoşbəxt idim. Əgər bir güzgünü xoşbəxtlik adlandırmaq olardısa, hansı ki, sevilən bir üzü saf və qüsursuz bir şəkildə saysız-hesabsız kölgələrin önündə əks etdirirdi.
Nə qədər ki biz düşərgədə idik, o qədər də heç bir əhəmiyyət kəsb etmirdik, buradan qaçanda isə birdən-birə çox dəyərli olurduq. Belə ki, düşərgədə olduğumuz müddətdə bizə veriləcək bir tikə çörəyə belə heyfislənsələr də, biz qaçanda yenidən ələ keçirmək üçün bütün qüvvələrini səfərbər etmək belə onlara heç də baha başa gəlirmiş kimi görünmürdü.
Məhbus donuq gözlərini mənə dikdi, kömək istəyirmişcəsinə bir hərəkət etdi və dodaqlarını tərpətdi, amma səsi çıxmadı. Bu, insanlığın əbədi səhnəsi idi – şiddətin köləsi, qurban və həmişəki üçüncü şəxs, hansı ki, əllərini qaldırıb qurbanı müdafiə etmirdi və onu xilas etməyə cəhd etmirdi. Çünki o öz təhlükəsizliyi üçün narahat idi və elə onun öz təhlükəsizliyi də məhz buna görə həmişə təhlükədə idi.