Dünya ümidini itirmiş insanlarla doludur... ürəyi qəzəblə dolu olan insanlarla. Hər yerdə nə isə yetişir, dərinlikdə, aşağılarda partlamaq üzrə olan nə isə qaynayır... Bütün bunlar nə ilə qutaracaq? Qırğınla? Bu kiməsə kömək edəcək?
Heç ağlıma da gəlməzdi ki, bizim yaratdığımız sivilizasiyanın dəhşətli toruna düşmüş hansısa canlı məxluq bu qədər azad, bu qədər ağlasığmaz və külək kimi sərbəst ola bilər.
Görəsən, bu uşaqların başa düşmədikləri nə qalıb? Bütün dərin yaralarını, günahlarını, utanclarını – kiməsə danışmaqdansa, ölməyə üstünlük verəcəyin hər şeyi – aydın gözləri ilə görürlər və səni ittiham etmirlər.