Aytac Yusifova

...Görəsən, anası da qaranlıqdan qorxurdu? Görəsən, böyük olmağın ona heç bir xeyri yox idi? Bəs bu həyatda qorxanda sığınmağa bir yer yox idi?
Sayfa 59·Kitabı okudu
Reklam
5/10
·96 syf.··
Beğendi
·
2023 14. kitabı
·
3 günde okudu
·
Okunma: 28 Haziran 2023 18:58
Yusuf Atılganın "Aylak adam"dan sonra oxuduğum ikinci əsəri oldu "Canistan". Haqqında yazılmış bir neçə incələmələr oxusam da, anlaya bilmədim ki, insanlar necə bu qədər bəyənib bu əsəri və tamamlanmamış bir roman olaraq görməyib. Yazıçının dörd hissə olaraq yazmağı düşündüyü, amma üçüncü hissədən sonra vəfat etdiyi məlumdur. Və məncə həqiqətən də tamamlanmamış olması çox aşkar görünür. Bəlkə də, Yusuf Atılgan sağ olsaydı, bu əsərin bu şəkildə nəşr olunmasını istəməzdi. Əlavə edəcəyi və ya bəyənməyib çıxaracağı bir çox hissələr olardı bəlkə də. Və əsərin tamamlanmamış olmasının sübutu məhz konkret bir sonluğu olmamasına görə yox, çatdırmaq istənilən fikrin, əsərdə qalan bir çox boşluqların doldurulmamış olmasına görədir. Ümumilikdə isə, demək olar ki, heç bir təsirli cümlənin olmaması, ancaq hadisələr ardıcıllığının təsvir olunmuş olması mənə sönük bir təsir bağışladı.
CanistanYusuf Atılgan · Can Yayınları · 20245,2bin okunma

Aytac Yusifova

, bir kitap okudu
5/10
·96 syf.··
Beğendi
·
3 günde okudu
·
2023 14. kitabı
Yusuf Atılgan
8/10 · 5,2bin okunma
Görünür, bütün bunlar dünyanı yaradanın xoşuna gəlir..
10/10
·488 syf.··
Beğendi
·
2023 13. kitabı
·
5 günde okudu
·
Okunma: 24 Haziran 2023 16:54
Ayaqqabılarını çıxar... Bu sözlərin Tanrının Musaya müraciətindən götürüldüyünü oxuduqdan sonra, dini motivlərlə zəngin bir əsər ola biləcəyi düşüncəsi məndə bir qədər mənfi fikirlər oyatsa da, hələ ilk fəsildən yanıldığımı anladım. Voyniçdən bunu gözləmək belə yanlış idi! Əsərin "Ovod"un müəllifinin qələmindən çıxdığı oxunulan hər səhifədə, hər fəsildə daha aydın hiss olunur. Həm monoloq, həm diaqlolarda keçən bəzi cümlələr insana bir sillə təsiri bağışlayır. Elə bir sillə ki, ona sevdiyi biri tərəfindən vurulub və bu səbəbdən də həm mənəvi iztiraba, kədərə, həm də müəyyən məqamlarda aydınlanmalar yaşamağa səbəb olur. ( Təklif edirəm, bu təsir "Voyniç effekti" adlandırılsın). Yəni, bir əsər düşünün ki, içərisindəki kiçik bir cümlə sizi indiyə qədər heç ağlınıza belə gəlməyən bir mövzu haqda düşünməyə, və ya yanlış yaxud da doğru olduğunu düşündüyünüz bir şey haqda öz düşüncələrinizə tənqidi yanaşmağa vadar edir. Obrazların bu qədər canlı, münasibətlərinin bu qədər dolğun işlənmiş olması onlara qarşı doğma bir bağlılıq yaradır. Sanki, onları özümüzünküləşdirir. Və təəccüblü deyil ki, hətta ən az adı çəkilən, ən az sevilən obrazın taleyinə qarşı belə biganə münasibət bəsləmək mümkünsüzləşir. Əsərdəki tək doğrulmayan gözləntim, Henri ilə Beatrisanın münasibətinin ötən illər ərzində yetərincə səmimi, yetərincə yaxın olması idi, bu isə, təəssüf ki, istədiyim şəkildə baş tutmur. Oysa ki, həyat bu iki insanı, əslində bir-birinə çox uzaq olan bu iki insanı azmı yaxınlaşdırmışdı? Əsərin "Ovod"la əlaqəsinə gəldikdə isə.. Kaş bu əlaqə haqda heç bir şey qeyd edilməzdi. Onsuz da əsərin bütün gedişatı boyunca mövcud olmamış obrazın, sondakı əlavə 3-4 səhifədə sadəcə olaraq doğulmasına ehtiyac yox idi, məgər əsəri sevərək oxuyan kimsə bu əlaqəni mütləq şəkildə görmək
Ayaqqabılarını Çıxar...Ethel Lilian Voynich · Qanun Nəşriyyatı · 202312 okunma

Aytac Yusifova

, bir kitap okudu
10/10
·488 syf.··
Beğendi
·
5 günde okudu
·
2023 13. kitabı
Ethel Lilian Voynich
7.8/10 · 12 okunma
Reklam