Aytac Yusifova

Bir insanın nə qədər insafsız ola biləcəyinə heyrətlənir, hətta təhsilli, dünyəvi və kübar insanların da içində nə qədər böyük qabalığın gizlənə bildiyini aşkar görürdü. Hətta hamının nəcib və vicdanlı kimi tanıdığı adamlarda belə...
Sayfa 11·Kitabı okudu
Etimoloji Defteri
Mücellit Nedir ?
10/10
·470 syf.··
Beğendi
·
2023 22. kitabı
·
10 günde okudu
·
Okunma: 26 Ekim 2023 09:26
"Yaşamaq yanğısı", oxuduğum hər sətirlə gözləntimin bir pillə daha üstünə çıxmağı bacaran bir əsər.. Bir insanın həyat yolu, bəlkə də, ancaq bu qədər mükəmməl, dolğun, bənzərsiz bir şəkildə təsvir oluna bilərdi. Cümləbəcümlə irəlilədikcə Vinsentin hisslərinə şərik olmağı bacarmaq, daxili əzablarını, düşüncə dənizində çırpınışlarını, ən sonda isə dalğaların ağuşuna təslim olmasını ürək ağrısı ilə hiss etmək üçün o qədər incə, o qədər ustalıqla işlənmiş məqamlar var ki.. Yazıçının əsəri ərsəyə gətirməkdə ortaya qoyduğu əməyinin, Vinsentin tabloları üzərindəki əməyi ilə müqayisə edilə biləcək səviyyədə olduğunu düşünürəm. Vinsentin fırçası gördüklərini necə dolğun və canlı çəkməyi bacarırdısa, yazıçının qələmi də hər şeyi ən az o qədər canlı, ifadəli, təsirli təsvir eləməyi bacarmışdı.. Bənzətmələr o qədər çox və uğurlu idi ki, oxuduqlarım ən az Vinsentin yağlı boyasının kətan üzərində yayılması kimi, yağ kimi ürəyimə yayılırdı.. Bir tablonun necə, hansı şəraitdə əsasının qoyulduğunu, nəzərəçarpan hər detalının sözlü təsvirini oxuduqdan sonra, həmin əsərin ustadın tək fırçalar və rənglərlə deyil, həmçinin, əllərinin qəlbindən qopub gələn bir güclə incə və ya sərt bir hərəkətilə ortaya çıxardığı o valehedici görüntüsünü tapıb, incələyib, tamaşa etməyin verdiyi zövq əvəzolunmaz idi. Sonda, bunu deməsəm ona haqsızlıq edəcəyimi düşündüyüm üçün: Teo, sən onun başına gəlmiş ən gözəl şeysən.
Yaşamaq YanğısıIrving Stone · Kitab Klubu Nəşriyyatı · 2017487 okunma
7/10
·590 syf.··
Beğendi
·
2023 9. kitabı
·
11 günde okudu
·
Okunma: 11 Mayıs 2023 15:52
Əsər haqqında çox şey yazmaq olar, belə ki, oxuduqca bir çox hisslərimin təlatümünə səbəb olmağı bacardı. Obrazların bu qədər çoxluğu – hansı ki, heç gözləmədiyiniz bir məqamda həmin obrazlardan biri hər qarşınıza çıxa, onu xatırlmağınız üçün yaddaşınıza və ya kitabın öncəki səhifələrinə müraciət etməyinizə məcbur edə bilər – kitabın xüsusən ilk hissələrində səbr kasanızın dolmasına səbəb ola bilər. Amma obrazların reallığına gəldikdə isə danılmazdır ki, gündəlik həyatda rast gələ bildiyimiz bir çox insanlar sanki bu əsərdə toplanmışdı. Doktor Jivaqo.. Həyat hekayəsini oxuduğum və ən az sevdiyim baş qəhrəman. Ümid edirəm, heç kimin bu cür həyat yoldaşı və atası olmaz. Tonyanın qarşılıqsız, saf, ülvi hisslərinə qarşı sadəcə sanki, uzun müddətli münasibətin doğurduğu məcburi sədaqətlə cavab verən bir həyat yoldaşı.. Hər kəs qarşılıqsız sevgiyə düçar ola bilər, amma insanın qarşılıqsız sevdiyi şəxs həyat yoldaşı olmamalıdır.. O həyat yoldaşı ki, ata olaraq daha laqeyd bir şəxsiyyətə sahib idi. Övladlarının taleyi barədə bu qədər az narahatlıq keçirən bir ata, həm də bu cür çətin dönəmlərdə, aclığın, ölüm-qalım savaşlarının hökm sürdüyü bir zamanda.. Qərarsızlıqlar, qarışıq düşüncələr içərisində çırpınmaqda, öz həyatını çox daha rahat yaşaya bilmək varkən mürəkkəbləşdirməkdə isə Lara obrazı ilə olan bənzərlikləri olduqca aydın görünür.. Əsərdə artıq və əskikliklər, zənnimcə, var idi. Obrazların keçirdiyi hisslər də təbiət təsvirləri qədər mükəmməl və uğurlu təsvir olunsaydı, əsərin təsir gücü bir qədər daha yüksək olardı. Bəzi dialoqlar və monoloqları isə tez-tez rast gəldiyimiz, cahil, amma özünü ağıllı sanan bir çox kimsələr tərəfindən eşitmə ehtimalımız çox böyükdür. Ümumilikdə isə, zaman-zaman bəzi hissələrdə sıxıcı məqamlar olsa da, əsər bu qədər müxtəlif və
Doktor JivaqoBoris Pasternak · Teas Press · 01,360 okunma

Aytac Yusifova

, bir kitap okudu
7/10
·590 syf.··
Beğendi
·
11 günde okudu
·
2023 9. kitabı
Boris Pasternak
8.1/10 · 1.360 okunma
Meşə hərəkət etmir, onu örtə, yerini dəyişməklə qoruya bilmərik. Biz onu həmişə hərəkətsiz vəziyyətdə görürük. Daim böyüyən, daim dəyişən, amma dəyişiklikləri adi gözlə sezilməyən cəmiyyət, tarix həyatını da elə bu cür hərəkətsiz vəziyyətdə görürük.
Sayfa 518·Kitabı okudu