Eyni zamanda həm tramvay yollarını süpürmək, həm də hansısa ispan dilənçilərinin dərdinə qalmaq qeyri-mümkündür! Buna heç kimin gücü çatmaz, doktor, ələlxüsus da o adamların ki, inkişafda avropalılardan 200 il geri qalıblar və hələ də öz şalvarlarının düymələrini inamla bağlaya bilmirlər!
Beləcə, onların hər biri öz başından hallüsinasiyaları vurub çıxarsa və birbaşa öz işi ilə – anbarları təmizləməklə məşğul olsa, xarabalıq öz-özünə yox olacaq.
Onlar elə adamlardır ki, başqa yerə köçsələr, bəxtəvər olacaqlarını düşünürlər, sonra da məlum olur ki, sən hara gedirsənsə, get, özünü özünlə birlikdə aparırsan.