Aytac Yusifova

Aytac Yusifova
@Aitadsch
Həkim
Tibb
Sigmaringen
108 okur puanı
Temmuz 2020 tarihinde katıldı
O, ilk dəfə anladı ki, bir sirri saxlamaq üçün onu özündən də gizlətməlisən. Onun daim orada, mövcud olduğunu bilməli, amma bunun üçün bir səbəb olmadığı müddətcə heç vaxt onun heç bir vəchlə şüuruna hər hansı bir formada daxil olmasına icazə verməməlisən.
Sayfa 360·Kitabı okudu
Ne Kadar Kitap Kurdusun?
0-30p: Kontrollü okuyucu 📖 40-70p: Hafif bağımlı 👀 80p+: Geçmiş olsun, kitaplar seni ele geçirmiş 😅
Bir azlığa mənsub olmaq, o azlıq sadəcə səndən ibarət olsa belə, sənin dəli olmağın demək deyildi. Burada həqiqət, orada isə yalan hökm sürürdü və sən bütün dünyaya rəğmən həqiqətə sadiq qalırdınsa, sən dəli deyildin.
Sayfa 278·Kitabı okudu
Faktlar, hər halda, gizli saxlanıla bilməzdi, onları istintaq yolu ilə aşkar edə, işgəncə ilə ortaya çıxara bilərdilər. Amma əgər məsələ həyatda qalmaq deyil də, insan olaraq qalmaq idisə, bütün bunların nə önəmi var idi? Onlar sənin hisslərini dəyişdirə bilməzlər, hətta sən özün də bunu edə bilməzsən, güclü iradə ilə belə. Onlar nə etdiyinin, nə dediyinin və ya düşündüyünün bütün təfərrüatlarına əldə edə bilərdilər, amma sənin daxilində baş verən hər şey toxunulmaz idi, hansı ki, hətta sənin özün üçün belə sirr olaraq qalırdı.
Sayfa 213·Kitabı okudu
Onun heç vaxt ağlına gəlməzdi ki, hər hansı bir hərəkət mənasızdır, çünki onun heç bir təsir gücü yoxdur... Sonuncu şokolad parçası əldən çıxanda o övladını qollarına aldı, bu, tamamilə məqsədsiz idi, heç nəyi dəyişmədi, nə yeni bir şokolad gətirdi, nə də övladının və ya özünün ölümünün qarşısını aldı. Amma bu cür davranmaq onun təbiətində var idi. Necə ki qayıqdakı qaçqın qadın da öz oğlunu qolları ilə sarımışdı və onun bu hərəkəti də uşağı mərmilərdən bir parça kağızdan daha yaxşı qoruya bilməzdi.
Sayfa 210·Kitabı okudu

Aytac Yusifova

, bir kitap okudu
6/10
·256 syf.·
Beğendi
·
10 günde okudu
·
2025 3. kitabı
Fyodor Dostoyevski
7.9/10 · 4.901 okunma