Aytac Yusifova

Aytac Yusifova
@Aitadsch
Həkim
Tibb
Sigmaringen
108 okur puanı
Temmuz 2020 tarihinde katıldı

Aytac Yusifova

, bir kitap okudu
10/10
·224 syf.·
Beğendi
·
7 günde okudu
·
Okunma: 03 Mayıs 2025 00:00
·
2025 1. kitabı
İlyas Efendiyev
9.2/10 · 1.303 okunma
Ne Kadar Kitap Kurdusun?
0-30p: Kontrollü okuyucu 📖 40-70p: Hafif bağımlı 👀 80p+: Geçmiş olsun, kitaplar seni ele geçirmiş 😅
Görünür, biz nə qədər möhkəm iradəyə malik olsaq da, dərdimizi, heç olmasa, bir nəfərin bilməsini istəyirik. Bu, bizim həmişə insan ünsiyyətinə olan dərin ruhi ehtiyacımızdır. Bizim bir-birimizdən tamam təcrid olunmuş, tamam qapalı halda yaşamağımız çətindir.
Sayfa 213·Kitabı okudu
Mənim könül bağımda nadir bir gül açmışdı. Mən onun ətri, onun rayihəsi ilə xoşbəxt idim. Mən onun hüsnünə heyran idim. Onunla yaşayırdım, onun əsiri, pərəstişkarı idim. Səhərlərim onunla işıqlanırdı. Gecələrim onun xəyalı ilə dönüb bir əfsanə olurdu. Bir gün təbiətə həyat verən bir yaz tufanı onu vurub məhv etdi. Mən onun qurumuş, cansız ləçəklərini yığıb qəlbimin vərəqləri arasında gizlətdim. Özüm isə, ölmədim, yaşadım. Mən ən əziz balasını itirərək, sağ qalmış digər övladlarından təsəlli alan bir anaya döndüm. Mən sarsıldım, vaxtından əvvəl qocaldım, lakin ölmədim.
Sayfa 212·Kitabı okudu
Özümdə xəstəlikdən yeni duran adamlar kimi yaşamağa, təbiətə qarşı yeni bir meyil duyurdum, elə bil bədənimdəki həyat qüvvələri yenidən baş qaldırmışdı. Elə bil ki, ölməyib sağ qalmağım məni sevindirirdi. Elə bil ki, təbiət bizim, ən böyük kədərə düçar olduqda belə, əzəli və əbədi borcumuzun yaşamaq olduğu haqqındakı qanununu mənim şəxsimdə yerinə yetirməyə başlayırdı və mən müqavimətsiz olaraq özümü onun hökmünə verirdim.
Sayfa 27·Kitabı okudu
Nə üçün bizim taleyimizdə səadət bəzən bir meteor kimi parlayıb qeyb olur...
Sayfa 16·Kitabı okudu