Qatar yola düşdü. Mən heç bir zaman ağlamamışam. Heç bir zaman öz taleyimdən inciməmişəm. Lakin heç bir zaman özümü indiki kimi yalqız hiss etməmişdim. Heç zaman qəm-qüssə indiki qədər ürəyimi sıxmamışdı. İnstitutda oxuduğum zaman gələcək, yəqin ki, hələ çox uzaq olduğu üçün məni qorxutmurdu. Gəncliyin qəribə xəyalları mənə şirin vədlər verirdi. İndi isə, hər şey çox aydın və sadə idi.
Settembrininin nəzəriyyələri onun hörmətinə, dərin kök salmış baxış və zövqlərinə zidd olsa da, qəhrəmanımız bu nəzəriyyəyə qarşı içindəki etirazı boğurdu – axı ona ədəbsiz gələn şey, əslində, cəsurluq hesab oluna bilərdi, onun zövqsüzlük kimi dəyərləndirdiyi, əslində, ruhun aliliyi, ya da alicənab çılğınlıq ola bilərdi.