Lənətə gəlmiş kasıblıq – sonsuz türmə təcridi kimi başından basırdı. Günlərlə danışmağa adam olmurdu, hər gecə boş yataq otağına çəkilirdi. Bəlkə də, poetik təklik gəzən varlılar üçün bu, kifayət qədər xoşdur, ancaq əgər sadəcə olaraq başqa yerin yoxdursa?
İlk nəticə olaraq anladı ki, yoxsulluq adamı tapdalayır. Belə bir fövqəladə kəşflə üz-üzə qaldı ki, pulsuzluq hrç də pul asılılığından qurtarmır, əksinə, bütünlüklə ona tabe etdirir.
Güman ki, uşağa qarşı onu xeyli varlı ailələrdən olan uşaqların arasına göndərməkdən böyük qəddarlıq yoxdur. Belə bir balacanın əzabları heç bir yaşlının yuxusuna da girməz.