Leyla Ali

7/10
·348 syf.··
Beğendi
·
2025 13. kitabı
“Zorba”ya böyük maraqla başladım. İlk 150 səhifə o qədər canlı, fəlsəfi və eyni zamanda axıcı idi ki, oxuduqca heyran qalırdım. Zorbanın həyatı dolu-dolu yaşama tərzi, azad ruhu və dünyaya fərqli baxışı insanda düşüncələr oyadır. Amma kitabın ortalarından sonra süjet bir qədər təkrar hissi yaradırdı, dinamika zəifləyirdi. Zorbanın qadınlara yanaşması da yer yer məni narahat etdi — sərt və birtərəfli idi. (Feminist olmasam da, bu baxış tərzini qəbul edə bilmədim.) Sonluq isə düşündürücü idi, insana həyatın ötəriliyi və insan münasibətlərinin dəyəri üzərində yenidən düşünməyə imkan verir. Ümumilikdə, Zorba özünəməxsus obrazdır və bu kitab azadlıq, həyat və insanın öz iç səsi ilə dialoqu haqqında maraqlı əsərdir. Bütün bəyəndiklərim və bəyənmədiklərimə baxmayaraq, oxumağa ən az bir dəfə oxumağa dəyər.
ZorbaNikos Kazancakis · Can Yayınları · 202420,6bin okunma
Reklam

Leyla Ali

, bir kitap okudu
7/10
·348 syf.··
Beğendi
·
2025 13. kitabı
Nikos Kazancakis
7.9/10 · 20,6bin okunma
Dilşad Talıbova- “Dostluq yoxsa Məhəbbət?”
6/10
·232 syf.··
2025 10. kitabı
İlk başda kitaba giriş edə bilmədiyim üçün məni çox cəlb etməyəcəyini düşünsəm də, hadisələr yerinə oturduqca anladım. Yazıçı bizlərdən birinin həyatına toxunaraq qələmə alıb bu əsəri. Kitabda mənə görə qətiyyən xəyanət yoxdu. Normal həyat axınıdır əslində. Amma o qızın eqoist rəftarı iki dostun arasını ortada heçnə yoxkən açmış olması, kitabın son hadisələri kitabı yadda qalan etsə də, əminəm ki, hər kəs eyni qəzəblə oxuyub bitirdi. Sonda nə dostluq qazandı nə məhəbbət. Və bunu edən sevgi axtarışından əl çəkməyən bir xanım oldu. Mənə görə çox acınacaqlı. Çünki heç bir xanım sevgi acizi olmamalı Dostluq Yoxsa Məhəbbət? Dilşad Talıbova
Dostluq Yoxsa Məhəbbət?Dilşad Talıbova · Teas Press Nəşriyyatı · 2024101 okunma