Leyla Ali

Leyla Ali

, bir kitap okudu
8/10
·712 syf.··
2025 15. kitabı
Charles Dickens
8.6/10 · 18,5bin okunma
“Kötü bir anıyı unutmanın en iyi yolu güzel bir tanesiyle değişmektir.”
Puan vermedi·198 syf.··
2025 14. kitabı
“Çizgili Pijamalı Çocuk” – Müharibənin Günahsız Üzləri John Boyne-un “Çizgili Pijamalı çocuk” əsəri oxucuya İkinci Dünya Müharibəsinin dəhşətlərini bir uşağın gözü ilə göstərən təsirli bir romandır. Əsərin əsas qəhrəmanı – Bruno – nasist bir zabitin oğludur. O, ailəsi ilə birlikdə Berlindən uzaq, gizli bir düşərgəyə köçür. Burada Bruno “çizgili pijama” geyinmiş bir uşaqla – Şmuel ilə tanış olur. Onların dostluğu, məsumluğun və saf uşaq duyğularının simvoluna çevrilir. Romanın dili sadə, lakin emosional yüklüdür. Müəllif uşaqların dünyanı necə anladığını ustalıqla təqdim edir. Bruno-nun yaşadığı dünyada baş verənlərin fərqində olmaması, oxucuda həm kədər, həm də təəssüf hissi oyadır. Onun sualları və anlam verə bilmədiyi hadisələr əslində cəmiyyətin susqunluğunu və biganəliyini əks etdirir. Əsərin sonluğu isə gözlənilməz və sarsıdıcıdır. Uşaqların çit arxasında birləşməsi – onların sonda eyni taleyi yaşaması – müəllifin dərin bir mesajıdır: nifrət və ayrıseçkilik nəticədə hər kəsi eyni sonluğa aparır. İdeologiyalar, sərhədlər, din və irq fərqləri qarşısında uşaq məsumluğu necə məhv olur – Boyne bunu sakit, amma sarsıdıcı bir dillə göstərir. Mən kitabı oxuyarkən çox sadə gəldi, sonluğundan xəbərsiz idim. Amma sona yaxınlaşdıqca yaşadığım aydınlanma əsəri mənim üçün unudulmaz etdi.
Çizgili Pijamalı ÇocukJohn Boyne · Tudem Yayınları · 202150,6bin okunma
7/10
·348 syf.··
Beğendi
·
2025 13. kitabı
“Zorba”ya böyük maraqla başladım. İlk 150 səhifə o qədər canlı, fəlsəfi və eyni zamanda axıcı idi ki, oxuduqca heyran qalırdım. Zorbanın həyatı dolu-dolu yaşama tərzi, azad ruhu və dünyaya fərqli baxışı insanda düşüncələr oyadır. Amma kitabın ortalarından sonra süjet bir qədər təkrar hissi yaradırdı, dinamika zəifləyirdi. Zorbanın qadınlara yanaşması da yer yer məni narahat etdi — sərt və birtərəfli idi. (Feminist olmasam da, bu baxış tərzini qəbul edə bilmədim.) Sonluq isə düşündürücü idi, insana həyatın ötəriliyi və insan münasibətlərinin dəyəri üzərində yenidən düşünməyə imkan verir. Ümumilikdə, Zorba özünəməxsus obrazdır və bu kitab azadlıq, həyat və insanın öz iç səsi ilə dialoqu haqqında maraqlı əsərdir. Bütün bəyəndiklərim və bəyənmədiklərimə baxmayaraq, oxumağa ən az bir dəfə oxumağa dəyər.
ZorbaNikos Kazancakis · Can Yayınları · 202420,6bin okunma