“Böyük Ümidlər”- həkayəsi maraqlı amma mənim üçün ağır irəliləyən əsər olmuşdu .
Böyük Ümidlər XIX əsr İngiltərəsində sosial bərabərsizlik, insan xarakterlərinin dəyişimi və böyümə mövzularını əhatə edən bir əsərdir. Əsərin əsas qəhrəmanı Pip adlı yetim oğlandır. Pipin kənddən Londona uzanan həyat yolu, onun daxili aləminin, əxlaqi dəyərlərinin və sosial münasibətlərə baxışının dəyişməsini görürük.
Əsərdə diqqətçəkən əsas mövzulardan biri sosial sinif fərqləri və status arzusudur. Pip kasıb bir uşaq olaraq böyüsə də, daha yüksək sinifdən olan Estellaya vurulması və gözlənilməz şəkildə bir sərvətə sahib çıxması onun psixologiyasında ciddi dəyişikliklər yaradır. Lakin sonda məlum olur ki, əsl dəyər insanın içindəki dürüstlük, mərhəmət və vicdandır – bu isə Pipin əvvəl laqeyd yanaşdığı Jo kimi sadə və sadiq insanlarda təcəssüm edir.
Büyük UmutlarCharles Dickens · İş Bankası Kültür Yayınları · 202118,5bin okunma