Leyla Ali

Leyla Ali
@Aizeli
Münasibətlərlə bağlı
7/10
·239 syf.··
2025 38. kitabı
Kitab bir oturuşda bitə bilən kitab deyil amma münasibətlərlə bağlı yazılmış gözəl kitabdır. Bəzi yerləri sıxırdı çünki eyni döngüdə bir neçə fərqli nüansa toxunurdu. Yaxşı məqam olsa da sıxırdı o hissələr. Yenə də oxumağınızı tövsiyə edirəm. Psixolojidi nə də olsa
BağlanmaAmir Levine · Aganta Kitap · 20185,9bin okunma
Şərh yazmaq istədim
8/10
·344 syf.··
2025 36. kitabı
Milan Kunderanın “Varlığın dözülməz yüngüllüyü” romanı insanın daxili aləmini açıb göstərən, sevgi, seçim və mənanın axtarışı üzərində qurulan dərin bir əsərdir. Kitabı oxuduqca hiss edirsən ki, hər obraz sanki insan ruhunun fərqli bir tərəfini daşıyır — biri ağırlığı, biri yüngüllüyü, biri qorxunu, biri isə azadlığı təmsil edir. Əsərin hekayəsi sadəcə siyasi fon və ya sevgi münasibətləri üzərində qurulmur; Kundera burada həyatın məntiqsizliyini, verdiyimiz qərarların bizi necə formalaşdırdığını və “təkrarı olmayan bir ömrün” məsuliyyətini göstərir. Roman insana seçimin nə qədər çətin və eyni zamanda nə qədər boş olduğunu eyni anda hiss etdirir — məhz buna görə də “dözülməz yüngüllük” ifadəsi tam yerinə düşür. Obrazların psixoloji dərinliyi oxucunu daim düşünməyə məcbur edir. Tomasın azadlıq anlayışı, Terezanın sevgi və etibar axtarışı, Sabinanın fərdi kimliyə olan bağlılığı — hamısı real və toxuna biləcəyin qədər canlıdır. Mən bu kitabı bəyəndim, çünki o, sadəcə oxunan bir roman deyil; insana özünü sorğuladan, “Doğru seçim nədir?”, “Azadlıq nə qədər ağır ola bilər?” kimi suallar yaradan bir əsərdir. Dilinin sadəliyi və fəlsəfi qatının dərinliyi birlikdə oxunu çox zövqlü edir. Həyatın mənası, taleyin çəkdiyi cizgilər və insan münasibətləri barədə düşünməyi sevən hər kəs üçün bu roman mütləq oxunmalı kitablardandır.
Varlığın Dözülməz YüngüllüyüMilan Kundera · Qanun Nəşriyyatı · 202113,2bin okunma
Gözləntimin əksi oldu
Puan vermedi·616 syf.··
2025 30. kitabı
·
16 günde okudu
·
Okunma: 18 Ağustos 2025 14:46
“Qılınc və Qələm”i oxuyanda ilk gözləntim Nizami Gəncəvinin həyatı və yaradıcılığını mərkəzdə görmək idi. Amma kitabda Nizamiyə düşündüyümdən daha az yer ayrılıb. O, daha çox dövrün fonunda göstərilir. Əsərin əsas axarı isə saray intriqaları, siyasi çəkişmələr və hökmdarların hakimiyyət uğrunda apardıqları mübarizələr üzərində qurulub.
Qılınc və QələmMəmməd Səid Ordubadi · Qanun Nəşriyyatı · 2013281 okunma
10/10
·283 syf.··
2025 22. kitabı
“İnsanlar” – Matt Haig Bu kitabı oxuyarkən bir neçə dəfə gülümsədim, bir neçə dəfə isə “bəli, tam da belədir!” deyə içimdən keçirdim. Matt Haig “insan olmağın” nə demək olduğunu yad bir varlığın gözündən göstərərək bizi özümüzlə üz-üzə qoyur. “İnsanlar” həm rahat oxunan, həm də aydınlanma yaşadan bir əsərdir. Səni yormadan, ağıllı görünmək iddiasına düşmədən, sadəcə içindəki insanı sənə tanıdır. Başlayarkən bu qədər sevəcəyimi düşünməmişdim. Çoooox sevdim
İnsanlarMatt Haig · Domingo Yayınları · 202314,7bin okunma
7/10
·75 syf.··
2025 20. kitabı
Belə pis çıxmasın qadın manyak idi əvvəlini çox bəyənmişdim. Türk klasikklərindən Gulyabanini oxumuşdum. Bu kitabdan sonra da davam etmək qərarı aldım. Əminəm ki çox daha yaxşıları var
Siyah GözlerCemil Süleyman · Türkiye İş Bankası Kültür Yayınları · 20264,033 okunma