"Bütövkən mənim üçün hər şey təbii, qarışıq, hava kimi məntiqsiz idi; hər şeyi gördüyümü düşünürdüm, halbuki bu, sadəcə görüntü imiş.Sən də bir gün özünün yarısı olarasan; olmağını diləyirəm, övladım.O zaman bütöv beyinlərin içindəki ağıldan da kənarda nələrinsə olduğunu başa düşəcəksən.Öz dünyanın yarısını itirəcəksən, amma yerdə qalan hissə min dəfə daha dərin, daha dəyərli olacaq.O vaxt sən də hər şeyin özün kimi bölünməsini, parçalanmasını arzulayacaqsan, çünki gözəllik də, elm də, ədalət də ancaq parçalara bölünmüş olanda vardır."