Sevdikləri üçün canından keçmək asandır,lakin sevdikləri üçün yaşamağa-uzun illər boyunca hər gün ölüb-dirilərək yaşmağa yalnız həqiqi sevgi dadanlar qadirdir.
Xoşbəxtlik önündə durur, bədbəxtlik arxanda. Birini daim görür, sevir, arzulayırsan. Digərini görmür, duymur, ondan qaçırsan. Nə qədər ki birinci səninlədir, ikinci əsla yaxınlaşa bilməz. İkinci birincidən qorxur, çox qorxur. Amma elə ki birincini qoruya bilmədin, nəzərindən qaçırdın, itirdin, bax onda ikinci şiddətli həmlə ilə üstünə atılacaq.