Əli Abdullayev

Əli Abdullayev
@AliAbdullayev
28 okur puanı
Ocak 2022 tarihinde katıldı
Şu anda okuduğu kitap
10/10
·144 syf.··
2023 1. kitabı
·
6 günde okudu
·
Okunma: 01 Ocak 2023 18:34
Yeni il mövzusunda yazılmış bu kitabı bayram ərəfəsi olduğu üçün bilərəkdən seçdim. İnsanların ehtiyaclarına, hisslərinə biganə qalan, onların şənlənməsinə belə qıcıqlanan Ebenizer Skruc bir gecənin içində yuxusunda keçmişini,gələcəyini görür və bu gördükləri ona ibrət olur. Bu gördükləri onu tamamilə başqa birinə çevirir. Çox maraqlı hekayəsi olan bu kitabı bayram ərəfəsində oxuduğuma görə də başqa zövq aldım
Yeni Yıl
Yeni İl NəğməsiCharles Dickens · Parlaq İmzalar · 202211,3bin okunma
Reklam
9/10
·616 syf.··
2022 8. kitabı
·
30 günde okudu
·
Okunma: 09 Mart 2022 21:49
"Qılınc və Qələm"əsərində müəllif Azərbaycanın dahi şairi və mütəffəkkiri Nizami Gəncəvinin yaşadığı dövrün geniş və hər tərəfli mənzərəsini yaratmışdır. Roman xalqın fiziki və mənəvi qüvvəsinin rəmzinə uyğun olaraq "Qılınc və Qələm" adlandırılmışdır. Əsərdə məşhur xalq qəhrəmanı Fəxrəddini(qılınc), dahi şair Nizami Gəncəvini(qələm) kimi təsvir edərək Azərbaycan xalqının çox cəsur və qiymətli söz deyə biləcək insanlar yetişdirə biləcəyinə işarə edir. Əsərdə əlavə olaraq Məhsəti Gəncəvi, Azərbaycan atabəyləri: Atabəy Məhəmməd, Qızıl Arslan, Toğrul, Əbubəkr diqqət çəkən obrazlardandır. Həmçinin əslən ərəb qanı daşıyan Qətibənin atabəylərin idarə etdiyi ölkədə öz "qadınlığından" istifadə edərək bir ölkəni necə çətin vəziyyətlərə saldığını açıq şəkildə görmək olar. Əsər kifayət qədər maraqlı və asan oxuna biləcək şəkildə yazılıb.
Tarih
Qılınc və QələmMəmməd Səid Ordubadi · Qanun Nəşriyyatı · 2013282 okunma