Amil

Amil
Bakı, 14 Şubat 2006
75 okur puanı
Kasım 2024 tarihinde katıldı
8/10
·560 syf.··
Beğendi
·
2026 1. kitabı
“Üzüklərin Efendisi” trilogiyasının son kitabı olan Kralın Qayıdışı hekayənin ən gərgin və ən duyğusal hissəsidir. Bu kitabda artıq hadisələr sadəcə bir macəra təsiri bağışlamır; hər şey Orta Dünyanın taleyi ilə bağlıdır. Oxucu hiss edir ki, əvvəlki hissələrdə qurulan bütün xətlər burada bir nöqtədə birləşir və nəticə qaçılmazdır. Kitabın əsas gücü atmosferindədir. Hər yerdə yorğunluq, qorxu və eyni zamanda zəif də olsa ümid hiss olunur. Qondorun müdafiəsi, böyük döyüş səhnələri və Mordora doğru son səfər davamlı gərginlik yaradır. Amma əsərin dəyəri təkcə bu epik hadisələrdə deyil. Müəllif göstərir ki, ən böyük savaşlar bəzən insanın daxilində gedir. Frodo obrazı bunun ən açıq nümunəsidir. Üzüyü daşımaq fiziki yükdən daha çox mənəvi ağırlıqdır və kitab boyunca bu yükün onu necə dəyişdirdiyini görürük. Sam isə hekayənin ən işıqlı tərəfidir. Onun səmimiyyəti və sədaqəti kitabın emosional mərkəzini təşkil edir. Ən ümidsiz anlarda belə Samın varlığı oxucuya qəribə bir rahatlıq verir. Bu obraz vasitəsilə dostluğun və sadə yaxşılığın nə qədər güclü ola biləcəyi hiss olunur. Aragornun xətti isə tamam başqa bir məna daşıyır. Onun kral kimi qayıdışı sadəcə hakimiyyət məsələsi deyil; bu, nizamın bərpası, uzun müddət gözlənilən bir tamamlanma hissidir. Bu hissədə müəllif liderlik və məsuliyyət anlayışını ön plana çıxarır. Kitabın ən təsirli tərəflərindən biri sonluğudur. Qələbə var, amma bu qələbə tam sevinc gətirmir. Çünki qəhrəmanlar artıq əvvəlki kimi deyillər. Bu, əsərə real və insani bir ton qatır. Hər şey xilas edilir, lakin bunun bir qiyməti olduğu açıq şəkildə hiss olunur. Kralın Qayıdışı oxucuda qəribə bir duyğu yaradır: həm məmnunluq, həm də ayrılıq hissi. Sanki uzun bir yol bitir və insan bu dünyanın içindən çıxmaq istəmir. Kitabın gücü də məhz buradadır – o,
Üzüklərin Hökmdarı - Kralın QayıdışıJ. R. R. Tolkien · Qanun Nəşriyyatı · 202111,6bin okunma
Reklam
8/10
·160 syf.··
Beğendi
·
2025 40. kitabı
Sabahattin Ali’nin Bütün Şiirləri kitabını oxuyanda insanın içində qəribə bir səssizlik yaranır. Elə bil kimsə sənin deməyə söz tapmadığın hissləri səndən əvvəl düşünüb yazıb. Bu şeirlər qışqırmır, diqqət çəkməyə çalışmır. Sadəcə sakitcə yanına oturur və susaraq danışır. Bu kitabda sevgi çox vaxt xoşbəxtlik deyil. Daha çox yarımçıq qalmaqdır, gözləməkdir, içinə demədiyin sözləri yığmaqdır. Kədər də dramatik deyil — yorğun bir kədərdir. Sabahattin Ali şeirlərində insanın təkliyini romantikləşdirmir, olduğu kimi göstərir. Bəzən bir misra oxuyursan və anlayırsan ki, bu hissi sən də yaşamısan, sadəcə heç vaxt bu cür deyə bilməmisən. Onun şeirlərində dağlar, yol, gecə, gurbet — hamısı bir hiss halıdır. Sanki şair özü də həyatdan çox şey gözləmir, sadəcə anlaşılsın istəyir.
Bütün ŞiirleriSabahattin Ali · Türkiye İş Bankası Kültür Yayınları · 202427,5bin okunma
9/10
·128 syf.··
Beğendi
·
2025 39. kitabı
Mikayıl Müşfiqin “Əbədiyyət nəğməsi” kitabı əslində yalnız bir şairin toplu əsərləri deyil, bütöv bir ruhun, bir taleyin ifadəsidir. Müşfiq XX əsr Azərbaycan poeziyasının ən parlaq simalarından biridir. Onun şeirlərində həm romantik duyğular, həm vətən və xalq sevgisi, həm də insanın daxili aləminin incə çalarları qaynayır. “Əbədiyyət nəğməsi” adının özü belə Müşfiqin poeziyasının zamana sığmayan gücünü göstərir: o, gənc yaşında qətlə yetirilsə də, sözü və səsi xalq yaddaşında əbədiləşdi.
Əbədiyyət NəğməsiMikayıl Müşfiq · Qanun nəşriyyatı · 078 okunma
8/10
·160 syf.··
Beğendi
·
2025 38. kitabı
Gemc Wetherinin “Acıları” əsəri insan ruhunun daxili sarsıntılarını, ağrı və əzabların insan taleyində buraxdığı dərin izləri ifadə edən bir kitabdır. Yazıçı gündəlik həyatda çox vaxt gizlədilən hissləri üzə çıxarır və oxucunu sanki öz iç dünyasına baxmağa vadar edir. Kitabda kədər, itkilər, ümidsizlik və həyatın çətinlikləri əsas mövzu kimi çıxış etsə də, müəllif bu acıların eyni zamanda insanı yetişdirən və dərinləşdirən tərəflərini də göstərir
Genç Werther'in AcılarıJohann Wolfgang Von Goethe · İndigo Yayınları · 2017150,1bin okunma
7/10
·200 syf.··
Beğendi
·
2025 37. kitabı
·
29 günde okudu
·
Okunma: 18 Ağustos 2025 20:25
Franz Kafka bəlkə də dünya ədəbiyyatının ən paradoksal yazıçılarından biridir. Onun əsərlərində biz həyatdan çox bir yuxunu, amma yuxudan da çox bir kabusu xatırladan atmosferlə qarşılaşırıq. “Ceza Kolonisinde” və “Bir Açlık Sanatçısı” hekayələri də məhz bu kabusvari dünyanın iki müxtəlif üzünü göstərir: biri sistemin amansız mexanizmini, digəri isə insanın içindəki boşluğu. “Ceza Kolonisinde” hekayəsində bir zabit, köhnə bir cəza aparatına kor inancla bağlıdır. Aparat insanın dərisini deşərək “hökmü” yazır, onu öldürür, amma guya ona “aydınlanma” gətirir. Burada mən Kafka’nın ən çox tənqid etdiyi məqamı görürəm: qanunun, ədalətin və ya ideologiyanın insandan üstün tutulması. Ədalət insanı xilas etməlidir, amma mexanikləşmiş sistemlərdə ədalət insanı əzir, hətta məhv edir. Kafka deyir ki, köhnəlmiş qanunlara fanatik dərəcədə inanmaq yalnız mənasız ölümlərə gətirib çıxarır. Zabitin özünü aparata qurban verməsi, amma heç bir “aydınlanma” yaşamadan ölməsi də bunu təsdiqləyir. Mənim fikrimcə, bu hekayə hər bir cəmiyyətdə avtoritar təfəkkürün necə təhlükəli ola biləcəyini göstərən çox güclü bir metaforadır. Digər tərəfdən, “Bir Açlık Sanatçısı” tamamilə fərqli bir istiqamətdən danışır. Burada heç bir zorakılıq, qanlı aparat yoxdur. Sadəcə bir qəfəsin içində aclıq çəkən bir sənətçi var. Amma mənim üçün bu hekayə daha da sarsıdıcıdır. Açlıq sənətçisi özünü fədakarlıqla göstərsə də, əslində sadəcə həyatla əlaqəsini itirmiş bir insandır. O, yeməyi sevmədiyi üçün yemir – yəni aclığı fədakarlıq yox, boşluqdan doğur. Daha da acısı budur ki, insanlar əvvəlcə ona maraq göstərsə də, sonra unudurlar. Yerinə qəfəsə qoyulan panter isə həyatın özünü, gücünü, canlılığını təcəssüm etdirir. Məncə Kafka burada deyir: cəmiyyətin gözü hər zaman canlı, güclü, parlaq olanın üzərindədir;
Ceza Kolonisinde ve Diğer ÖykülerFranz Kafka · Türkiye İş Bankası Kültür Yayınları · 201711bin okunma
Reklam