Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Əbədiyyət Nəğməsi

Mikayıl Müşfiq

Yorumlar ve İncelemeler

Tümünü Gör
128 syf.
·
Puan vermedi
Müşfiqli Günlər
Seçilmiş şeirləri var kitabda. Nə görürsə nə yaşayırsa, hər birisindən şeirlərində incəliklə bəhs edib. Son olaraq bir şeiri ilə yazımı bitirmək istəyirəm. Bizim vəziyyətimizi izah edən bir şeirdi. Xoş mütaliələr.. BİR LÖVHƏ İştə səksən yaşında beli bükük bir qadın Aylar, illər bilmədən qırmış qolun, qanadın. Zaman çəkmiş canına gözlərinin nurunu, Ömrü almış əlindən qəlbinin sürurunu. Vücudunun son bahar yarpağından fərqi yox, Dodağında bir gülüş, bir qaynayan şərqi yox. Çöhrəsində pərişan buludların var əksi, Əllərində sərinlik bir - məzar hədiyyəsi. Əmmiş uzun illərin baharını, qışını, Məclislərin bulunmuş nəşəsində, qəmində. Bürümüş ən nəhayət kölgələr baxışını, İndi gəzər xəyalı məzarlıq aləmində. O yenə yaşamaqdan bıqmamış, usanmamış, O yorğun, o ziyasız, o qüvvəsiz, o qamış Vücudilə yenə də ömür sürmək istiyor, “Ah nə olur bir az da gözlərim görsə!..” diyor. Ey hənuz gəncliyinin dəmlərini yaşayan, Qəlbində gur dalğalı çağlayanlar daşıyan, O səksən yaşlı qadın yaşamaq istiyorkən Bilməm niçin həyatdan uzaqlaşmadasın sən?
Əbədiyyət Nəğməsi
Əbədiyyət NəğməsiMikayıl Müşfiq · Qanun nəşriyyatı · 035 okunma
Reklam
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.