Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Əbədiyyət Nəğməsi

Mikayıl Müşfiq

Əbədiyyət Nəğməsi Gönderileri

Əbədiyyət Nəğməsi kitaplarını, Əbədiyyət Nəğməsi sözleri ve alıntılarını, Əbədiyyət Nəğməsi yazarlarını, Əbədiyyət Nəğməsi yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Fırtınasız dəniz nə lazım mana! Alqış, insan oğlu, güclü sevdana! Alqış həyatına, alqış sevginə, Ey gələcək ata, gələcək ana! Məhəbbət qayığın tutulduqca hey Hicran dedikləri acı tufana, Fələk aylanaraq gülümsədikcə, Bir vüsal gündüzü, şəbi-hicrana, Əridib qəlbində qızıl eşqini Könül qulağınçın yaparkən tana, Şair yeni-yeni sözlər bulacaq, Kainat olduqca şeir olacaq!
Sayfa 57 - Qanun nəşriyyatı
Mən şirin ləhcəli bir bülbüləm ki, Güllərdən küsərəm, səndən küsmərəm! Məni öz canından artıq istəyən Ellərdən küsərəm, səndən küsmərəm!
Reklam
Sən canı canandan ayrı tutmadın, Odur ki, vəfasız deyildir adın. O səni unutdu, sən unutmadın, Yaşa, məhəbbətim, yaşa, ürəyim!
Mən ki bilməz idim nədir məhəbbət, Bu sirri sən mənə anlatmadınmı? Dünyaya sığmayan şair könlümü, Köksümdən çıхarıb oynatmadınmı?
Sevgi vardır ki, dodaqlarda açar güllərini, Sevgi vardır ki, bir az qar kimi, rüzgar kimidir. Sevgi vardır oxudur qəlbidə bülbüllərini, Böylə bir sevgi mənim ruhumu oxşar kimidir.
Xoşladığım bir gecə, yerlər, göylər işıqlı, Ay bir sərxoş göz kimi, ulduzlar yaraşıqlı. Bunları seyr edərkən Bir az fikrə gedərkən Fikrim, hissim, xəyalım o qədər yüksəldi ki, Mənə öylə gəldi ki, Bizlərdən əvvəl nə yer, nə göy, nə həyat olmuş, Nə bu ucsuz-bucaqsız gözəl kainat olmuş...
Reklam
Alqış bu insanlığa yeni yol açan, Yeni əməl uğrunda çarpışanlara!
Həyat həm gülməkdir, həm ağlamaqdır, Lakin daha xoşdur döyüş çağları. Həyat dedikləri uca dağları, Duman kimi aşan nə bəxtiyardır!
-Həyat, həyat! - deyə çırpınır könül, Könüldən, sevdadan necə əl çəkim?
Ah, mən gündən-günə bu gözəlləşən, İşıqlı dünyadan necə əl çəkim? Bu yerlə çarpışan, göylə əlləşən, Dost - aşinadan necə əl çəkim?
82 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.