Əbədiyyət Nəğməsi

Mikayıl Müşfiq

Öne Çıkan Əbədiyyət Nəğməsi Gönderileri

Öne Çıkan Əbədiyyət Nəğməsi kitaplarını, öne çıkan Əbədiyyət Nəğməsi sözleri ve alıntılarını, öne çıkan Əbədiyyət Nəğməsi yazarlarını, öne çıkan Əbədiyyət Nəğməsi yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Dayan, könül, bir qədər! Hər gecənin demişlər: Bir aydın gündüzü var.
Sayfa 52
Yalnız ağac
Bu yanda səfalı qalın bir orman, Yaz olsun, qış olsun, gülür hər zaman. Quşların nəğməsi, suların səsi Ətirli güllərin, sərin nəfəsi Davasız dərdlərə gizli əlacdır. Məni düşündürən yalnız ağacdır. Zavallı qardaşım! Böylə keçərsə, Əbədiyyət sənə qanad da versə, Səndən qalmayacaq nişan dünyada, Dirilik eşqilə coşan dünyada. Bir tufan qopacaq, saralacaqsan, Bir şimşək vuracaq, qaralacaqsan, Başında oynayıb qəm buludları, Sökəcək bağrını ölüm qurdları. Mən də sənin kimi yalnız ağacdım, Təklikdən usanıb axırda qaçdım. Qəlbimlə, ruhumla qoşuldum elə, Düşüncəm sakitdir o gündən belə. Bax, indi mən hara, yalnızlıq hara? Azad fikirlərə, azad quşlara Qəlbimin hər gözü bir aşiyandır, Bədbəxt bu dünyada tək yaşıyandır!
Reklam
Babam derdi: "Keçən günə gün çatmaz!" Mənim könlüm bu sözlərə heç yatmaz. Mənim könlüm deyir ki, Hələ bunlar nədir ki Böyük günlər, şanlı günlər, şən günlər Yoluna düşən günlər Hələ qarşımızdadır!
Sayfa 27
Cahan ki, solmayan bir bağça-bağdır, Burda revamıdır gülmədən ölmək! Yazıq o şəxsə ki, qaraqabaqdır, Nə qədər yaraşır insana gülmək!
Sayfa 46
Sevgi vardır ki, dodaqlarda açar güllərini, Sevgi vardır ki, bir az qar kimi, rüzgar kimidir. Sevgi vardır oxudur qəlbidə bülbüllərini, Böylə bir sevgi mənim ruhumu oxşar kimidir.
Xoşladığım bir gecə, yerlər, göylər işıqlı, Ay bir sərxoş göz kimi, ulduzlar yaraşıqlı. Bunları seyr edərkən Bir az fikrə gedərkən Fikrim, hissim, xəyalım o qədər yüksəldi ki, Mənə öylə gəldi ki, Bizlərdən əvvəl nə yer, nə göy, nə həyat olmuş, Nə bu ucsuz-bucaqsız gözəl kainat olmuş...
Reklam
Yazmaram ürəyim sizi anmasa, Sizin eşqinizlə alovlanmasa. El kəsib qarşımı burdaca sordu; Gözdən yaş çıxarmı ürək yanmasa?
Həyata baxmamış gülümsər kimi, Hər bir hadisədən bixəbər kimi Yad əllərdə qalan yetimlər kimi, Başı bəladadır, yalnızdır eşqim.
Ah, mən gündən-günə bu gözəlləşən, İşıqlı dünyadan necə əl çəkim? Bu yerlə çarpışan, göylə əlləşən, Dost - aşinadan necə əl çəkim?
82 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.