Əbədiyyət Nəğməsi

Mikayıl Müşfiq

En Eski Əbədiyyət Nəğməsi Gönderileri

En Eski Əbədiyyət Nəğməsi kitaplarını, en eski Əbədiyyət Nəğməsi sözleri ve alıntılarını, en eski Əbədiyyət Nəğməsi yazarlarını, en eski Əbədiyyət Nəğməsi yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Yenə o bağ olaydı, yenə o qumlu sahil, Sular ötərdi dil-dil. Saçın kimi qıvrılan dalğalara dalaydım, Dalıb ilham alaydım. Əndamını həvəslə qucaqlarkən dalğalar, Qəlbində qasırğalar, Fırtınalar çoşaydı, qısqanclıqlar doğaydı, Məni hirsim boğaydı. Cumub alardım səni dalğaların əlindən, Yapışaydım belindən. Xəyaləmız üzəydi sevda
Yenə o bağ olaydı..Kitabı okudu
Bəşər bir-biriylə qanlı bıçaqdır, Azadlıq anadır, dünya uşaqdır. Səfil övladını bu ana bir gün Öz isti qoynunda oxşayacaqdır! Nədir, hakim olub köküs dağlamaq, Əllərə, qollara zəncir bağlamaq? Yaslı bir ananın saçları kimi Nədir məhkum olub səssiz ağlamaq?! Cahan fikrimizlə süslənəcəkdir, Hər zaman nəğməmiz səslənəcəkdir. Bu dünya mehriban qucağımızda Şən bir çocuq kimi bəslənəcəkdir.
Duyğu yarpaqlarıKitabı okudu
Reklam
Şikayətim vardır gül əllərindən, Onlar ürəyimi tutub dərindən. Necə qopara da bilməm, şirin qız? Mən bir çayır quşu, sən bir neylufır, Mənim öpüşümü necə rədd edər Gözəl dodaqların bilməm, şirin qız?
Şirin qızKitabı okudu
Əcəb, sizmisiniz böylə oynayan, Yoxsa göy üzündə qartallarımdır? Yoxsa ürəyimdə coşan qaynayan Şirin arzularım, xəyallarımdır?
Gözəl qadın, çiçəklənməz ruhumuz, Xəyalımız, düşüncəmiz, duyğumuz, Bulud kimi könlümüzdən keçməsən, Sən həyatın dodağından nəğməsən! Sənin ana baxışında qüvvət var, Məhəbbət var, səadət var, İzzət var. Əzəl səni quzu kimi izləyir. Əbəd durub yollarını gözləyir. Gəl bərabər fərəhlənib uçalım, Sonsuzluğun qapısını açalım.
Əbədiyyət sənə qanad versə də, Səndən qalmayacaq nişan dünyada, Dirilik eşqilə coşan dünyada. Bir tufan qopacaq, saralacaqsan, Bir şimşək vuracaq, qaralacaqsan, Başında oynayıb qəm buludları, Sökəcək bağrını ölüm qurdları, Mən də sənin kimi yalnız ağacdım, Təklikdən usanıb axırda qaçdım. Qəlbimlə, ruhumla qoşuldum elə, Düşüncəm sakitdir o gündən belə. Bax, indi mən hara, yalnızlıq hara? Azad fikirlərə, azad quşlara Qəlbimin hər gözü bir aşiyandır, Bədbəxt bu dünyada tək yaşayandır.
Reklam
63 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.