Anonym

Anonym
@Anonym01
Markiz de Sad- Yataq otağında fəlsəfə
8/10
·304 syf.··
2023 1. kitabı
·
25 günde okudu
·
Okunma: 13 Şubat 2023 14:15
Kitabı ilk görəndə mənə maraqlı gələn adı oldu, cinsəllik və fəlsəfənin bir biriylə necə əlaqəli olmasını bilmək istəyirdim. Böyük kütlə tərəfindən sadəcə cinsəllikdən, şiddətdən ibarətdir, ancaq mənim üçün bundan daha artığı oldu. Açığı digər şəxslərdə olduğu kimi məni pik həddə narahat edəcək heçnə oxumadım. Kitabda çatdırılmaq istəyən əsas fikir hər bir şəxsin öz qərarlarını digər şəxslərdən, dindən asılı olmayaraq müstəqil verməsidir. Belə ki, kitabda verilən bu ifadə daha yaxşı izah edir: "Sizin bədəniniz sizindir, təkcə sizə məxsusdur və bütün dünyada ondan istədiyiniz kimi həzz almaq hüququ təkcə sizindir ". Kitabın nəzərdə tutduğu əsas mənanı, yəni ümumi şəkildə çox bəyəndim,hər nə qədər mentalitetimizə və dinimizə uyğun olmasa belə, bunun düşündükcə ən doğru fikir olduğunda qərarlaşdım, gözümüzlə görmədiyimiz dini kitablardan başqa heç yerdə cinsəlliyə sərhəd qoyulmur və ayıb bir şey olaraq baxılmır. Həmçinin, kitabda tanrının varlığı, onun hazırki cəmiyyət həyatına etdiyi toxunuşlara da münasibət bildirilir. Əlbəttə hər kitabın müsbət tərəfləri olduğu kimi mənfiləri də vardır. Qadın obrazlarının zəif və kişidən asılı olaraq göstərilməsi, partnyorların tək məqsədinin bir birilərini deyil də sadəcə özlərini məmnun etməsini, təcavüzə normal baxılmasını və s.dir. Bütün bu hadisələr 2 günlük seksual təhsil almaq üçün gələn Ejeninin ətrafında cərəyan edir. Kitab, oxucuları metafizikadan estetikaya, fəlsəfədən tarixədək bir çox mövzu ətrafında düşünməyə vadar edir. 8/10
Felsefe
Yataq Otağında FəlsəfəMarquis de Sade · Yarasa yayınları · 20092,711 okunma
Reklam
Tanrının qanunları ilə xalqı kölələşdirməyin mümkünlüyünə inanaraq, onlar hər cəhdlə, biz bildiyimiz kimi, Tanrı ilə məsləhətləşir və ancaq onların maraqlarına xidmət edənləri tapşırmağa vadar edirlər. Uşaqlara on altı yaşlarına doğru müvəffəqiyyətlə unutduqları boş duaları öyrətmək əvəzinə, onlara cəmiyyət qarşısındakı vəzifələrini başa salın.
Din
Dinlə azadlıq uyğunsuzdur. Dinin, zülmkarların əlində ən yaxşı silah olduğu faktını da unutmaq olmaz.
Din
Başqalarının hiss etdiklərini özünün hiss etdikləri ilə müqayisə etmək mümkün deyil.
İnsan ve Toplum

Anonym

, bir kitap okudu
8/10
·304 syf.··
25 günde okudu
·
2023 1. kitabı
Marquis de Sade
6.9/10 · 2.711 okunma
Reklam