Arif Ma

Arif Ma
@Arif014
Ankara / Bilgisayar
4 okur puanı
Ekim 2025 tarihinde katıldı
Ramiz Rovsen - Ciziq
Cızığından çıxma deyir Atam mənə haçandı, Bəs çıxmasam nə bilərəm cızığım haracandı? Sən ey mənə cızıq çəkən tez ol poz cızığını İstəyirəm özüm çəkəm daha öz cızığımı. Xoşum gələn hər qızıda salam cızığ içinə Hər nəğməni hər sözüdə salam cızığ içinə İstəyirəm yekə çəkəm bu cızığı yep yekə İçində atılıb düşəm ləzzət alam kef çəkəm. Cızığ çəkən sözün nədi? Sözüm budur ay yazıq: Çölündə yox içindədi mən çəkdiyim o cızıq.
Reklam
O səs əsrlərdən gəlir elə bil O səs necə uzaq necə də titrək Əsir o qocanın ürəyi tir-tir Cavansa dinləyir gülümsəyərək. Qocanın çiynində bir əsrin yükü Qalıb əl çatmayan dünəndə həyat. Cavan saya salmır heç yeri-göyü, Əmri ilə dövr eləyir sanki kainat. Qocanın sözündə sönən bir çıraq Cavanın gözündə yanan bir günəş. Qoca elə bilir cavan olmayıb, Cavan eləbilir qocalmayacaq…
Edebiyat
Bəxtiyar Vahabzadə - Təklik
Bir günəş bəs edər pərişan olma, Sənin 100 kür qədər göz yaşın olsa. Min dərd hücum etsə könül sıxılma, Bir nəfər dərd bilən sirdaşın olsa.
Kitab şərtidir.
Edebiyat
Ramiz Rovsen
Bu dərdə söz qoşdu əli sazlılar, Silib gözlərini biləkləriylə. Uçan durnalara şeir yazdılar, Ölən durnaların lələkləriylə.
Edebiyat