Arif Hacıyev

Arif Hacıyev
@Arif_Hajiyev
Həyat xoşbəxt olduğunu fikirləşdiyin qədər acımasız, bədbəxt olduğunu fikirləşdiyin qədər də ümid dolu bir yerdir.
9/10
·112 syf.··
2026 30. kitabı
·
11 saatte okudu
·
Okunma: 29 Nisan 2026 21:35
Bu əsər insanın həyatla olan bağının qopmasını gözəl bir şəkildə oxucuya çatdırır. Baş qəhrəmanın anasının öldüyü halda belə ətrafa yansıtmalı olduğu "yaxın insanını itirmişlik" duyğusunu yansıtmadığı, əksinə sanki onun həyatında dəyişiklik baş verməmiş kimi həyatını davam etdirməsi cəmiyyət tərəfindən xoş qarşılanmamışdı. Bunun bir insanın qətli ilə müqayisə edilərək, bir növ mənəvi cinayət kimi fiziki cinayətdən daha üstün tutulması - cəmiyyətin nə qədər də insanların duyğularını özlərinin istədikləri kimi yansıtmalı olduğu fikrini təsdiqləyir. Əsərin ən sarsıcı məqamı isə həyatın anlamını itirən baş qəhrəmanda yalnız ən sonlarda müəyyən duyğuların, instinktlərin oyanması idi. Ümumilikdə, Yabancı həyata olan baxış haqqında bəhs edilən, uzunluğu ilə də oxucunu heç yormayan əla əsərlərdən biridir.
Felsefe-Düşünce
YabancıAlbert Camus · Can Yayınları · 2025137,2bin okunma
Reklam
9/10
·332 syf.··
2026 29. kitabı
·
3 günde okudu
·
Okunma: 28 Nisan 2026 22:40
Tam anlamı ilə insanın sistemə qarşı mübarizəsinin bir labirint şəklində təsvir edildiyi bir əsər... Əsərin gedişindəki bəzi hissələr qarışıq və sıxıcı kimi görünsə də, əslində o hissələrin əsərin sonluğuna təsir etdiyini anlayırsınız. K. - nın "günahkar" olmadığını hesab etdiyi ittihamın qarşısında yavaş - yavaş diz çökməsi, məhkəmə sisteminin dərinliyi çox gözəl şəkildə təsvir olunmuşdur. Sırf keşişlə K. arasında keçən dialoqa görə belə əsərin oxunmağa dəyər olduğunu düşünürəm. Məni məyus edən tək məqam əsərin sonluğunun mənim gözümdə nisbətən yarım buraxılmış olmasıdır ki, Kafkanın özü üçün belə bu əsər ölümü səbəbindən yarıda qalmışdı.
Felsefe
MəhkəməFranz Kafka · Qanun Neşriyyat · 063,9bin okunma
9/10
·296 syf.··
2026 23. kitabı
·
25 saatte okudu
·
Okunma: 18 Nisan 2026 00:00
Uşaqlığın sadəcə yaxşı anlardan ibarət olmadığını, bəzən də kədərli, qalmaqallı, hətta ağlına gətirmək istəməyəcəyin qədər sərt keçə biləcəyini anladan bir kitab. Elə uşaqlar vardır ki, zaman keçdikcə böyüyürlər, elə uşaqlar da vardır ki, zamanın belə məğlub olduğu alın yazısına məhkum olunaraq vaxtından erkən böyüməli olurlar. Əsərdəki Aleksey obrazının yaşadıqlarını tam olaraq bu cümlə ilə xarakterizə etmək olardı. Fikrimcə, oxuyacaq hər bir oxucunun öz uşaqlığına qayıda biləcəyi, üzdə həm gülüş, həm də üzüntü yarada biləcək bir kitabdır.
Hayata Dair
UşaqlıqMaksim Gorki · Qanun Nəşriyyatı · 201419,6bin okunma