“Ölənlə ölünmür” — yarımçıq qalan bir etirafın, vaxtsız bitən bir sevginin hekayəsidir. Sürəyya ilə Ayaz bir-birini tapdıqları anda itirirlər. Sevgi dillənən kimi ölüm yol kəsir. Ayaz Sürəyya’nın qollarında can verir və o an qızın gəncliyi də, gülüşü də susur.
Bu romanda yas təkcə məzar başında tutulmur. Sürəyya sözlərin, baxışların, “el nə deyər”in altında əzilir. Sevdiyini itirən bir qızın ağlamasına belə icazə verilmir. Qaçır… kənddən yox, ədalətsiz hökmlərdən qaçır.
On il boyunca qəlbində bir məzar daşı daşıyır. Xəyanət etmir, unutmağa məcbur etmir özünü. Çünki bəzi sevgilər bitmir, sadəcə səssizləşir.
Sonda Sürəyya anlayır: ölənlə ölünmür. Sevilən insan xatirəyə çevrilir, həyat isə davam etmək istəyir. Ayaz qəlbində bir arzu kimi qalır, Vüqar isə səbrin və səssiz sevginin adı olur.
Bu roman oxucuya bir cümlə pıçıldayır:
bəzən buraxmaq unutmaq deyil, yaşamağa icazə verməkdir. Ölənlə Ölünmür
Səbinə Bayramovanın “Yaralı Ruhlar” əsəri mənə sadəcə bir hekayə deyil, ruhun sükutla danışdığı bir səyahət kimi təsir etdi. Hər bölüm — insanın iç dünyasındakı mərhələləri bir-birinə bağlayır. Müəllif sanki oxucunu öz yarasının dərinliyinə aparır, amma eyni zamanda sağalmaq üçün yol göstərir.
Sadə cümlələrlə böyük hisslər ifadə olunub. Oxuduqca sanki öz iç səsimi dinlədim.
Əsər mənə göstərdi ki, bəzən ən dərin ağrılar belə bizi daha güclü və anlayışlı edir. Yaralı Ruhlar
Samir Turan
"Zona" -oxucunu ilk səhifədən sirli atmosferi ilə cəlb edən, utopik elementlərlə dolu maraqlı bir romandır. Müəllif insanın hayatta qalmaq instinktini və paralel dünyalar arasındakı keçidləri çox təsirli şəkildə təqdim edir. Hadisələrin mistik gedişatı oxucunu daim gərginlikdə saxlayır və hər səhifədə yeni bir sual doğurur. Öz orijinallığı və dərin fəlsəfi mənası ilə bu əsər müasir utopik ədəbiyyatın maraqlı nümunələrindən biri kimi qiymətləndirilə bilər.
Süjet oxucunu daim maraq içində saxlayır. Hər fəsildə yeni izlər, yanlış istiqamətlər və gözlənilməz dönüşlər var. Müəllif hadisələri mərhələli şəkildə təqdim edərək oxucunu sona qədər düşündürür.Müəllifin dili sadə, lakin təsirlidir. Gərginlik yaratmaq üçün qısa cümlələrdən, suallardan və təsvirlərdən istifadə edir. Mühit təsvirləri oxucunu hadisələrin içində hiss etdirir. Ehtiram Babaşov